30 Oktyabr 14:47

Yaxşı bir dizayner olmağın 8 qaydası

 

Yaxşı bir dizayner olmağın 8 qaydası

Bir şirkət işə götürən zaman hər bir namizəddən gözlədiyi müxtəlif bacarıqlar ya da xüsusiyyətlərdir. Bu xüsusiyyətləri nəzərə alaraq işə götürürlər. Məsələn, orjinallıq, özünə güvənən, məsuliyyətli, komanda ilə işləmə bacarığı, xarici dil və s. Kimi bir çox bacarıqlar axtarırlar. Bunlarla işə müraciət edərkən tez-tez qarşılaşdığımız, bəzən də “bu iş mənə tam uyğundur, mən bu işi edə bilərəm” kimi cümlələrlə özümüzü təsdiqləmiş, müraciət etmiş hətda müraciət edə biləcəyimizi düşünmüşükdür. Ancaq, bəzi ixtisaslar üçün sadəcə bu xüsusiyyətlər qane edici olmaz. Qeyri-adi bacarıqlara sahib olmaq bəzi ixtisaslar üçün daha çox vacibdir və fərləndiricidir. Bu ixtisaslardan biri də dizayner olmaqdır.

İndi isə dizaynerlik oxuyan və ya dizayner olmaq istəyən dostlarımız üçün, yaxşı dizayner necə olmalı bəzi ipucları…

 

  1. Dizayn sahəsi seçin

 

Dizayner olmazdan əvvəl özünüzə bir sahə seçməyiniz lazımdır. Məsələn, interyer, veb sayt dizaynı, moda, qrafika, sənaye dizanı ilə maraqlanırsınız? Əvvəlcə hansı daha çox diqqətinizi çəkir, buna fokuslanın. Daha sonra hansı sahədə inkişaf etmək istədiyinizi təyin edin və o hədəflə yola çıxın.

  1. Yaradıcı olun

Dizaynda ən vacib faktorlardan biri yaradıcı olmaqdır. Yaradıcı olmaq üçün takitikalardan uzaq durun. Özünüz olmağınız kifayyət edir. Onsuzda yaxşı bir dizayner; olan şeylərlə maraqlanmaz, xüsusi olmağa çalışar. Brain Aldiss deyib ki: “Sənətçinin rolu budur: hər zaman yeni bir şeyin arxasından qaçmaq, qanunları pozmaq, meydan oxumaq, gözlənilməzlikləri etmək Dizaynerdə bir sənətçidir nəticədə.”

  1. Səbirli olun
    Səbirli olmaq dizaynin ən əsas hissidir. Çünki, hazırladığınız ya da sınadığınız işlər hər zaman bəyəniləcək deyə bir qanun yoxdur. Hazırladığınız dizaynın üzərində 10 bəlkə 20 dəfə dəyiştirməyiniz lazım olacaqş Hətta tənqidlərə belə olacaq. Amma sakit və səbirli olun. Bunun səbəbi dizaynların daha diqqətli incələnib, daha yaxşısı olmasını istəməyimizdir. Yaxşı dizaynlar hazırlamaq istəyirsinizsə səbirli və tənqidlərə açıq olun. İşin qızıl qaydası budur.
  2. Professionalların dizaynlarını incələyin
    Qəzetlərdəki, jurnallardakı, dünyanın ən yaxşı dizaynerlərinin işlərini internetdə incələyin. Bir mövzu ilə kifayətlənməyin. Yaradıcılığnızı təkmilləşdirmək üçün sizə ilham verə biləcək hər şeyi araşdırın. Dizayn etmədən əvvəl nə qədər çox vizuallar görsəniz, o qədər çox texnikalardan uzaq olub, sərbəst olmaya çalışacaqsınız.
  3. Dizayn birliklərinə daxil olun
    Evdə öz-özünüzə dizayn hazırlamaq maraqlıdır, hətta praktika etmək üçün gözəl bir seçimdir. Ancaq hazırladığınız işləri cəmiyyətə açmaq, insanlardan rəylər almaq bu baxımdan vacib bir faktordur. Birliklərə qoşulduğunuz zaman yaxşı bir şəbəkə əmələ gətirmə şansına da sahib olacaqsınız. Hər zaman insanlarla əlaqə olun. İnanın faydasını artıqlaması ilə görəcəksiniz.
  4. Fontları araşdırın
    Font yazı formalarıdır. Dizaynda da yazı xarakterləri əsas yer tutur. O fontun böyüklüyü, şəkilləri, rəngləri, istifadə edildiyi yer və formaları vacibdir. İnternetdə hə mövzu ilə əlaqəli milyonlarla font vardır. Amma vacib olan mövzunuza və dizaynınıza uyğun olan fontu doğru istifadə edə bilməkdir. Doğru istifadə olunmayan font, dizaynınız nə qədər yaxşı olursa olsun, xoş təsir bağışlamayacaq. Dizayn edərkən oxuna bilən yazı fontlarından istifadə etməyi unutmayın.
  5. Proqram İstifadə Edin
    Dizaynerlərin özlərinə görə istifadə etdikləri bəzi proqramlar var. Əgər dizayn ilə maraqlanırsınızsa, dizayn proqramlarını bilmək məcburidir. Çünki, o proqramlar qısa bir zamanda bütün həyatınız olar. Əlbəttə ki, bütün proqramları bilmək məcburiyyətində deyilsiniz. Amma ən azından illüstrator və fotoşop proqramlarını orta səviyyədə istifadə edə bilməyiniz lazımdır. Bu proqramları; hətta daha çoxunu bilirsinizsə istədiyiniz hər şeyi rəqəmsal mühitdə hazırlaya bilərsiniz.
  6. Portfolio hazırlamağa əhəmiyyət verin

Hazırladığınız, sınadığınız bütün işlərinizi gerçək bir layihə kimi hazırlamağa diqqət edin. Hər zaman daha yaxşısını etməyə çalışın. Çünki, çəkdiyiniz ən xırda bir xətt belə sizin xarakterinizi, işlərinizi əks etdirməlidir. İşlərinizi nə qədər yaxşı bir vizual içində təqdim etsəniz, sizin üçün o qədər yaxşı olacaqdır. Unutmayın, sizi siz edən işlərinizdir.

Dizayner peşəsi sizin öz yaradıcılığınızı göstərə biləcəyiniz peşələrdən biridir. Siz hər gün öz təcrübənizdən istifadə edib, yeni nəsə təklif edə bilərsiniz, öz fikirlərinizi, ideyalarınızı və arzularınızı həyata keçirə bilərsiniz, dizayn bacarıqlarınızı inkişaf etdirə bilərsiniz.

Əgər sizdə dizayner olmaq istəyirsinizsə, STEP Kompüter Akademiyasının  “Kompüter qrafikası və dizayn” ixtisasına yazıla bilərsiniz. Kursla bağlı ətraflı məlumat üçün itstep.az veb saytına daxil ola bilərsiniz.

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)