22 Avqust 16:34

Yay düşərgəsi: Dihaj / Musiqi əsl incəsənət forması kimi

2-6 sentyabr tarixlərində YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanında “Daimi gözəllik: Musiqi əsl incəsənət forması kimi” adlı elektron musiqi mövzusunda ustad dərslərini elan edir. Proqram zamanı iştirakçılar musiqi sənətinə aid ədəbiyyat məlumatları, musiqi proqramlarından (Ableton) istifadənin əsas məqamlarını öyrənib, musiqinin insan şüuruna psixoloji təsirindən biliklər əldə edəcəklər, yekunda isə verilmiş mövzu (proqram təminatı üzrə əldə edilmiş texniki biliklər vasitəsi ilə) əsasında musiqi parçaları yaradacaqlar.

Proqram müğənni, bəstəkar, musiqiçi, Dihaj ləqəbi ilə tanınan Diana Hacıyeva tərəfindən keçiriləcək.

Yaş həddi: 18+

Qeydiyyat üçün: 0502469292

2-6 sentyabr, saat 18:00
ARTIM Layihə Məkanı
(İçərişəhər, Kiçik Qala, 5)

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (“tərəqqi” mənasında) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura proqramından olan beynəlxalq səviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir.

İş rejimi: Çərşənbə axşamı – Bazar, 12:00 – 20:00
Əlavə məlumat: www.yarat.az; 0125051414

Bəyən və paylaş

Rəylər

rəy(lər)