19 Avqust 19:25

Yay düşərgəsi: “Le Corbusier-Memarlıq” ustad dərsi

6-30 avqust tarixlərində YARAT Müasir İncəsənət Məkanı, ARTIM Layihə Məkanında yay düşərgəsi çərçivəsində keçiriləcək “LE CORBUSIER-Memarlıq” adlı ustad dərslərini elan edir. Proqramda praktik məşğələlər, kino sahəsində naturaların təhlili, həmçinin yeni məkanların yaradılması da yer alır. Ustad dərslərinin sonunda iştirakçılar hazırladıqları miniatür pavilyonlarında çəkdikləri qısametrajlı filmlərini nümayiş edəcəklər. Proqram memar Fəridə Rüstəmova tərəfindən keçiriləcək.

Yaş həddi: 16+

26-30 avqust, saat 18:30

ARTIM Layihə Məkanı
(İçərişəhər, Kiçik Qala, 5)
İştirak üçün qeydiyyat 0502469292

ARTIM haqqında
Təsis olunduğu 2015-ci ildən etibarən ARTIM (yəni “tərəqqi”) azərbaycanlı incəsənət peşəkarlarının və YARAT Rezidentura Proqramından olan beynəlxalqsəviyyəli rəssamların eksperimental təcrübələrini və yeni işlərini nümayiş etdirir. Bakıda İçərişəhərdə yerləşən bu məkanda çoxsaylı kiçikmiqyaslı layihələr nümayiş etdirilməklə yanaşı, yeni ideyalar və əsərlər yaratmaq üçün gənc rəssamların seminarlar və gündəlik studiya təcrübələrinə qatılmasına imkan verən proqram – ARTIM Lab layihəsi təşkil edilmişdir

Bəyən və paylaş

Rəylər

rəy(lər)