12 Avqust 10:49

Yay düşərgəsi: Moda üzrə ustad dərsləri

YARAT Müasir İncəsənət Məkanı gələcəyin uğurlu modelyerlərini, rusiyalı rəssam Taus Maxaçevanın “Şarivari” və Koreya-kanadalı sənətçi Zadi Çanın “Maqohalmi övladı və yaradılış sədası” adlı fərdi sərgilərinin geyim kolleksiyalarını və onların yaradıcılıq tarixini araşdırmaq və öz modalarını kəşf etmək üçün 8-12 yaşlı yaradıcı uşaqları yay düşərgəsinə dəvət edir. Düşərgədə bütün təlimlər Azərbaycan dilində keçiriləcəkdir.

Balaca iştirakçılarımız bir həftə ərzində iki irimiqyaslı sərgi ilə tanış olmaqla yanaşı, moda sənətinin tarixi, eskiz çəkmə qabiliyyəti və podium hərəkətlərini öyrənmək şansı əldə edəcəklər. Düşərgənin sonunda iştirakçılar hazırladıqları geyimləri moda axşamı podiumda nümayiş etdirəcəklər.

Düşərgənin müəllimləri:

Əhməd Nəbiyev – ARTIM Lab iştirakçısı və modelyer
Luiza Matkazina – “Miss Azerbaijan 2019” ikinci yerin qalibi
Nicat Ələkbərli – “Mister Azerbaijan 2019” qalibi

Qeydiyyat üçün: 050 246 92 92

Tələblər:
Yaş həddi: 8-12

Tarix: 12-16 avqust
Saat: 16:00 – 18:00
Məkan: YARAT Müasir İncəsənət Mərkəzi

Bəyən və paylaş

Rəylər

rəy(lər)