Yaz semestri üzrə tələbə krediti üçün müraciətlərin qəbulunun son tarixi

Yaz semestri üzrə tələbə krediti üçün müraciətlərin qəbulunun son tarixi

Mayın 31-dəyaz semestri üçün təhsil tələbə krediti əldə etməkistəyən tələbələrin müraciətlərininqəbulubaşa çatacaq.     Yaz semestriüçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminəwww.e-ttkf.edu.azmüraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.     Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçüne-ttkf.edu.azportalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.     Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.
__________________________________________________________________________________________________________________
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK:Edumap.az
İNSTAGRAM:@edumap.az

BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az