“Yaz, yarat, paylaş – jurnalistikanın əsasları”

WoWoman qadınların inkişafı üçün yaradılan, onların ən qeyri-adi, çılğın, “qeyri-mümkün” arzularını həyata keçirmək üçün yol göstərən, işarələr verən platformadır.

WoWoman müxtəlif sahələrdə bir çox təlim proqramları həyata keçirmiş platforma kimi jurnalistikanın əsasları təlimini yenidən azərbaycan dilində və yenilənmiş formada təşkil edir.
Yazmaq, yaratmaq, özünü ifadə etmək istəyirsənsə, jurnalist olmaq sənin arzundursa, müsahibələr hazırlamaq, araşdırmalar etmək, maraqlı məqalələr müəllifi olmaq istəyirsənsə WoWoman sənin üçün “Yaz, yarat, paylaş – jurnalistikanın əsasları” təliminə qoşul.

Bu təlim arzu edən hər bir xanıma jurnalistikanın əsaslarını öyrədəcək təlim kursudur.

Təlimin məqsədi yazmaq, özünü yazıları ilə ifadə etmək, jurnalistikaya necə başlamağı düşünən insanlara təməl bilgiləri öyrətməkdir.

ƏGƏR SİZ DƏ:
• Jurnalist olmaq istəyirsinizsə
• Müxtəlif platformalarda öz yazılarınızı paylaşmaq istəyirsinizsə
• Bu sahə haqqında bilik və qabiliyyətlərinizi artırmaq istəyirsinizsə
• Ətrafınızdakı qadınları gücləndirmək və ruhlandırmaq istəyirsinizsə
• Ən əsası öz oxucu kütlənizi toplamaq və WoWoman platforması üçün yazmaq istəyirsinizsə

BİZƏ QOŞULUN !

Başlanğıc tarixi: 4 sentyabr, 2016

TƏLİMLƏR ÖDƏNİŞSİZDİR.

Kursun müddəti: 1,5 ay (5 təlim)

Təlim dili: Azərbaycan

Təlimlərin mövzusu:
• Müsahibə texnikaları
• Yazıda diqqət olunmalı məqamlar
• Necə daha maraqlı yazmaq olar
• Jurnalist araşdırması
• Mənbələrlə işləmək

Təlimçi Şahnaz Əhmədova
– 4 illik radio və çap media jurnalisti
– 2 illik jurnalist-təlimçi
– Xarici jurnalistika təlimlərinin iştirakçısı
– Gürcüstanda GİPA-da ABŞ-ın Jurnalistlər üçün təsis etdiyi Media Menecment fakültəsində magistr məzunu
– Təlimlər həftədə bir dəfə – bazar günü saat 11:00- 13:00 -dək keçiriləcəkdir.

NƏ ƏLDƏ EDƏCƏKSİNİZ?
• Özünə inam, ruh yüksəkliyi, təcrübə və müsbət enerji
• Jurnalistika haqda ilkin anlayışlar. Təlimçilərdən öyrənməklə yanaşı başqa iştirakçılarla ünsiyyətdən təcrübə qazanacağınız bir mühit
• Öz yazılarınızı hazırlamaq üçün kifayət edəcək biliklər
• Nəzəri və praktiki bilikləri özündə birləşdirən və jurnalistika dünyasını əks etdirən təlim.

SON MÜRACİƏT TARİXİ: 2 sentyabr 23:00 2016

İŞTİRAK ETMƏK ÜÇÜN LİNKDƏKİ ANKETİ DOLDURMAQ LAZIMDIR :

Anket

Ünvan: Dəmirçi plaza, Barama innovasiya mərkəzi.

Əlavə məlumat üçün əlaqə nömrəsi: 055 271 02 08

Email: [email protected]

Bir cavab yazın

Back to top button