Yeni dünya nizamı – keçmiş və gələcəyin qovşağında

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Diplomatiya İşçi Qrupu sizləri 02.10.2016 -ci il saat 11:00 tarixində baş tutacaq “Yeni dünya nizamı-keçmiş və gələcəyin qovşağında” adlı seminara dəvət edir.

Seminarda əhatə olunacaq mövzular:
– İstanbulun fəthi və Yeni Dövrün başlanması
– Amerika Qitəsinin kəşfi
– ABŞ İstiqlaliyyət Müharibəsi
– Fransa İnqilabı
– Düşmən Generala heykəl və 9 il sora yazılan məktub
– Theodor Herzl: 5 ilə 50 arasında
– Alman İmperiyasının yaranması (TƏSADÜF yoxsa ZƏRURƏT)
– I Dünya Müharibəsi: İmperiyaların Dağılması
1929-1933 Dünya İqtisadi Böhranı və Hitler amili
– II Dünya Müharibəsi: İsrail Dövlətinin yaradılması
– 2001-2011 Soyuq Savaş sonu: İslam Dünyası və Ərəb Baharı

Məruzəçi: Fəxrəddin Abdullayev (Siyasi elmlər üzrə Analitik)
Fəxrəddin Abdullayev Xəzər universitetinin məzunudur, Beynəlxalq Münasibətlər üzrə ixtisaslaşıb. Azərsun Holdinqin İnsan Resursları (HR) üzrə icraçı mütəxəssisi olaraq çalışıb. Hal-hazırda kariyerasını LeveLand Education and Development Centre direktor köməkçisi və Təlim Kariyera Mərkəzinin direktoru olaraq davam etdirir. 2007-ci ildən etibarən bir çox universitet və bizness mərkəzlərində təlimlər, seminarlar keçir.

İştirak üçün qeydiyyat linki: https://goo.gl/35t8Nv
Tarix: 2 oktyabr 2016 – cı il.
Seminar müddəti: 11:00-14:00
Ünvan: ATGTİ-nin baş ofisi.

Bir cavab yazın

Back to top button