17 Sentyabr 22:00

Yeni fəaliyyətə başlayan layihəyə bir neçə könüllü gənclər axtarılır

Azərbaycanda yeni fəaliyyətə başlayan HazırCavab layihəsinin komandasına bir neçə könüllü gənclər axtarılır. Bəs HazırCavab nədir?
Bu layihə daxilində demək olar ki, hər sahədən mütəxəssislər toplanılır. Məqsəd hər sahə üzrə mütəxəssisləri bir araya gətirib onlayn konsultasiya saytı qurmaqdır. Layihənin facebook səhifəsində biz mütəxəssisləri paylaşırıq və istifadəçilər həmin sahə üzrə sualları mütəxəssislərə yönləndirirlər. HazırCavab layihəsi çərçivəsində canlı yayımlar da həyata keçirilir. Bu zaman istifadəçilər sualları yazır, mütəxəssislər sualları canlı yayımda cavablandırır.
Bu işdə bizə dəstək olmaq istəyən könüllü şəxslər aşağıdakı anketi dolduraraq qeydiyyatdan keçə bilər. Səhifəmiz üçün axtarılan vakansiyaları təqdim edirik:

Səhifə idarəçisi

Dizayner

İctimaiyyətlə əlaqələr məsulu

Canlı yayım aparıcısı

Qeyd edək ki, komandamıza qoşulmaq üçün son qeydiyyat tarixi 23 sentyabrdır.

Qeydiyyat

Bəyən və paylaş

Rəylər

rəy(lər)