3 İyul 12:31

YENİ İNVESTİSİYA İMKANLARI !

YENİ İNVESTİSİYA IMKANLARI !

Hörmətli sahibkarlar və şirkət rəhbərləri !

Məlumat üçün bildiririk ki, Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən “ASK Business Consulting” (ABK) şirkəti Səudiyyə Ərəbistanının tanınmış investisiya şirkəti ilə 21.06.2019-cu il tarixində qarşılıqlı Əməkdaşlıq Memorandumu imzalamışdır. Memaranduma əsasən, aşağıda qeyd olunan istiqamətlər üzrə biznes layihələrin maliyyələşdirilməsinə baxılacaqdır:

1) Bakı və regionlarda turizmin inkişafı;

2) Hotelçilik və restoran biznesi;

3) Kənd Təsərrüfatı və aqro-sənaye istehsalı.

Sahibkarlar öz təkliflərini (texniki-iqtisadı əsaslandırma, biznes plan, fotoşəkillər) Azərbaycan və İngilis dilində elektron poçtuna göndərə bilərlər.

Daha ətraflı məlumat üçün 055 618 22 05 telefonu ilə əlaqə saxlaya bilərsiniz.

Bəyən və paylaş

Rəylər

rəy(lər)