Cümə axşamı, 21 Avqust, 2025

Yeni işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına start verilir


  • Dərc edildi: 22 Sentyabr, 2021 - 11:36
Yeni işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına start verilir

Yeni işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına start verilir Sentyabr ayının 7-dən etibarən yeni tədris ilində işə qəbul olmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına başlanılır. Adaptasiya proqramının məqsədi yeni işə qəbul olmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşdırılmasına nail olmaqdan ibarətdir. Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanının rəhbərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Qrant müsabiqədə iştirak, layihə sənədlərinin hazırlanması” “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək. Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/PJu8G8iefYtuzr3n7 Əlaqə: [email protected]

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 146
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7105
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1843
Azərbaycan Texnologi...