11 Dekabr 09:30

“Yeni Kəşf Olunmuş Oyunlar” Yaradiciliq Müsabiqəsi

Diqqət! Diqqət!
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatciliqi ilə “Yeni Kəşf Olunmuş Oyunlar” Yaradiciliq Müsabiqəsi layihəsinə start verilir.

Layihənin əsas məqsədi yaradıcı gənclərin üzə çıxarılması və inkişaf etdirilməsi onların təşəbbüslərindən irəli gələn yaradıcılıq nümünələrinin nümayiş olunması, müasirləşən cəmiyyətdə müasir oyun və müsabiqələrin kəşf edilməsinin stimullaşdırılmasından ibarətdir.

Layihə iki mərhələdə baş tutacaq:
-Birinci mərhələdə oyunlarin qeydiyyati və təqdimati həyata keciriləcək.
–İkinci mərhələdə isə müsabiqədə iştirak üçün göndərilmiş oyunlar kitapça formasinda çap olunacaq və iştirakçılara təqdim olunacaqdır.
Təqdim olunan oyunlar arasinda ilk üç pillə münsüflər tərəfinnən müəyyən edilərək qaliblər seciləcək və qaliblər diplomlarla və xatirə hədiyələri ilə təltif olunacaqlar.
Müsabiqənin digər iştirakçılarına isə sertifikatlar təqdim olunacaqdir.

Yeni oyunlar kəşf edən gənclər aşaqidaki qeyd olunan punktlari qeyd etməklə qeydiyatdan kecə bilərlər.
•Oyunun adi
•Yaranma tarixi
•Oynanilma qaydasi
•Müəllif
•Oyun nümünəsi

Son qeydiyyat tarixi 21 dekabr!

Layihə Rəhbəri: Radim Hüseynli
Əlaqə: 0554477454
e_mail: [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)