Yeni Nəsil Maarifçilər Klubu yeni bir layihəyə başlayır

Yeni Nəsil Maarifçilər Klubu yeni bir layihəyə başlayır. Layihə “Sağlamlıq ideal cəmiyyətin təməlidir..” adlanır və layihənin ilk mövzusu olan “Ölümcül həyat ünsürləri” seminarı Şəmistan Qəhrəmanlının təqdimatında dekabrın 10-unda keçiriləcəkdir. İştirakçılara həm layihə haqqında məlumat, həm də Yeni Nəsil Maarifçilər Klubunun fəaliyyəti, kluba üzv olma haqqında da məlumat veriləcəkdir. Seminar Ödənişsizdir. Spiker-Şəmistan Qəhrəmanlı 2017-ci il Azərbaycan Tibb Universiteti məzunu (həkim).

Araşdırdığı mövzular: Cəmiyyətin formalaşmasında saglamlığın rolu insan psixologiyası ve sağlamlıq “insan bağırsaqları ilə sevir”.

Seminarın mövzusu ( ölümcül həyat ünsürləri) əhatə edir: bioloji varlıq olaraq insanda sağlamlıq anlayışının təhlili, “həyat ünsürləri”nin insan sağlamlığına təsiri mövzuya aid verilən sualların cavablandırılması Qeydiyyatdan keçmək üçün sadəcə ad və soyadınızı, hansı seminar üçün müraciət etdiyinizi  070-530-70-20 Whatsapp nömrəsinə yollaya bilərsiniz.

Tarix: 10 dekabr saat 13:30 Məkan: Caspian Plaza 8ci mərtəbə Premium Class Azerbaijan ofisi.

Rəylər

rəy(lər)