4 Mart 15:51

Yer Saatı aksiyasına hazırsınız?!

Yer Saatı aksiyasına hazırsınız?!

30 mart 2019-cu il tarixində milyonlarla insan bir saatlıq işıqları söndürərək planetimiz üçün diqqət, qayğı və sevgilərini nümayiş edəcəklər. ⠀⠀⠀⠀⠀⠀⠀⠀
⠀⠀⠀⠀⠀⠀⠀

Azərbaycan üzrə 5-ci dəfə rəsmi ölkə koordinatoru qismində IDEA İctimai Birliyi “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə kütləvi aksiya və tədbirlər keçirmək hüququnu əldə edib.

Aksiyadan xəbərdar olmaları üçün dostlarınızı işarələyin və 30 mart tarixini təqviminizdə xüsusi olaraq qeyd edin. Tədbirin yeri tezliklə açıqlanacaq.
⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀⠀
Yer Saatı aksiyasını rayonlarda keçirmək istəyən könüllülərdən bizimlə əlaqə saxlamaq xahiş olunur: +994 12 497 63 16 və ya [email protected]

Bəyən və paylaş

Rəylər

rəy(lər)