19 Dekabr 02:00

“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi davam edir

03 dekabr 2015 – ci il tarixində start götürən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi davam edir.

Layihəyə cəlb olunacaq təcrübəli təlimçilər Həmid islamov və Xalid Səlimov tərəfindən layihə iştirakçılarına şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər keçrilir.

“Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, “IB Club” Gənclərin İnkişaf  Mərkəzinin dəstəyi və ‘Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə  keçirilən “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı  layihənin icrasının başlıca məqsədi gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

20 dekabr 2015 – ci il tarixinə qədər davam edəcək layihənin sonunda iştirakçılar ilk dəfə olaraq təlim avtomobillərini idarə etməyə cəhd göstərəcəklər. Layihənin sonunda layihədə iştirak edən 30 iştirakçıya şəhadətnamə və diplom təqdim olunacaqdır.

received_10153793982188684 received_10153793982218684 received_10153793982213684 received_10153793982193684 received_10153793982203684 received_10153793982208684 received_10153793982228684 received_10153793982223684

Bəyən və paylaş

Rəylər

rəy(lər)