6 Noyabr 07:24

YOL TƏHLÜKƏSİZLİYİNİN TƏMİN OLUNMASI İLƏ BAĞLI YENİ LAYİHƏYƏ START VERİLİR.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi, “IB Club” Gənclərin İnkişaf Mərkəzinin dəstəyi və “Gənclərin Dostluq Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” adlı layihəyə start verilir.

Bakı şəhərində baş tutacaq layihənin icrasının başlıca məqsədi tələbə və gənc sürücü və piyadaların yol hərəkəti qaydalarına dair bilik və bacarıqlarının artırılması, onlara təhlükəsiz davranış vərdişlərinin aşılanması, intellektual idarəetmə sistemi haqqında ətraflı məlumat verərək bu istiqamətdə nəzəri və praktiki biliklərin verilməsi, cəmiyyətdə sürücülük mədəniyyətinin səviyyəsini yüksəltmək və yol təhlükəsizliyin təmin olunmasında məlumatlılığın artırılmasından ibarətdir.

“Yol hərəkəti qaydalarını öyrənək və öyrədək” layihəsi çərçivəsində layihəyə cəlb olunacaq təcrübəli ekspert və təlimçilər tərəfindən seçilmiş 30 gənc iştirakçılara 2 ay müddətində 15 dərs proqramına uyğun olaraq şəhər nəqliyyatında, yollarda ictimai davranış qaydaları, təhlükəsiz gənc sürücü, dönmə əməliyyatı, icazə verilən maksimum hərəkət sürətləri, nizamlayıcının göstərişləri, qəza nişanları, minik avtomobillərinin idarə olunması və s. digər mövzularda qeyri – formal təhsil metodundan istifadə olunaraq təlimlər və praktiki məşğələlər təşkil olunacaqdır.

İştirak üçün müraciət:

14-29 yaş arası şəxslər layihədə iştirak üçün müraciət hüququna malikdir. Layihə iştirakçıları seçim əsasında müəyyən olunacaqdır.

İştirak üçün müraciət etmək istəyənlər 15 noyabr 2015 –ci il tarixinə qədər aşağıdakı ərizə formasını tam dolduraraq müraciət edə bilərlər.

Mob : 0553911521

Email: [email protected]

Qeydiyyat

 

Bəyən və paylaş

Rəylər

rəy(lər)