8 Sentyabr 18:19

Yoqa Günü

09.09.2017-ci il tarixində Yarat Müasir İncəsənət Məkanı, ASAN Könüllülük Məktəbinin “Yaşıl ASAN” təşəbbüsü, “Yoga Shahi” MMC-nin iştirakı və Dənizkənarı Bulvar İdarəsininin dəstəyi ilə açıq havada “Yoqa günü” adlı idman tədbiri həyata keçiriləcəkdir.
Yoqanın əsas məqsədi psixoloji, fizioloji sağlamlıq, təbiətlə harmoniya yarada bilmək hesab olunur. Bundan əlavə, yoqa insanlarla pozitiv ünsiyyət qurmağa, şəxsiyyət kimi yetişməyə, ruhi kamilliyə çatmağa kömək edir.

Yoqayla, meditasiyayla məşğul olan insan həm cavan və gözəl qalır, həm də psixoloqa və həkimə daha az ehtiyac duyur.

Saat 16:00 – 17:00 – Klassik yoqa dərsi
Saat 17:00 – 18:00 – Onurğa üçün yoqa dərsi
Saat 18:00 – 19:30 –İştirakçıların istirahəti üçün kiçik piknik

*Piknik üçün yeməklər iştirakçılar tərəfindən təmin olunmalıdır
*Yoqa döşəkçələrini özünüzlə gətirin

Yoqanın keçiriləcəyi yer: Yeni bulvar, Su İdman Sarayının yaxınlığında.
Avtobuslar: 5, 6, 88 (Dayanacaq – Su İdman Sarayı)
Ətraflı məlumat üçün: (012) 108, (+994) 70 408 0 108

Bəyən və paylaş

Rəylər

rəy(lər)