“Young Business Factory” və “Azersun Holding” əməkdaşlığı ilə növbəti “Career Week” keçirilib

Edumap.az xəbər verir ki, “Young Business Factory” və “Azersun Holding” əməkdaşlığı ilə növbəti “Career Week” keçirilib 27.01.2017 ci il tarixində “Young Business Factory” və “Azersun Holding” əməkdaşlığı ilə növbəti “Career Week” keçirilmişdir. Tur zamanı “Azərsun Holding” nəzdində fəaliyyət göstərən “Sumqayıt Yağ Fabriki” ndə olan tələbələr şirkətin fəaliyyət sahələri, istehsal və keyfiyyətə nəzarət prosesi, istifadə olunan texnologiyalar, iş mexanizmləri ilə tanış olublar. Həmçinin tələbələrə şirkətin idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə bağlı məlumat verilərək, onları maraqlandıran suallar şirkət nümayəndələri tərəfindən cavablandırılıb. Sonda ekskursiya iştirakçıları yaradılmış şəraitə görə “Young Business Factory” və “Azersun Holding” nümayəndələrinə öz təşəkkürlərini bildiriblər. Qeyd edək ki, Young Business Factory 2013-cü il avqust ayının 18-də İstanbulda yaradılıb. Beynəlxalq şirkət olaraq dünya üzrə 160-dan çox partnyora sahibdir. Əsas fəaliyyət sahələri Azərbaycanda və xarici ölkələrdə praktiki professional təlim, konfrans, onlayn kurs və seminarlar, müxtəlif təhsil proqramlarının keçirilməsidir. Young Business Factory 2015-2016-cı illərdə 130-dan çox Beynəlxalq Kamp təşkil edib.

Bir cavab yazın

Back to top button