11 İyul 14:27

Youth Inc.Gənclərin Sahibkarlıq Forumu:Gəncə

“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının təşkilatçılığı ilə 15 iyul 2016-cı il tarixində “Youth Inc. Gənclərin Sahibkarlıq Forumu: Gəncə” adlı tədbir həyata keçiriləcək. Forum Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində fəaliyyət göstərən Gənclər Evində baş tutacaq.

Forumda qonaq qismində Bakı və Gəncədən bir sıra rəsmi nümayəndələr çıxış edəcək, sahibkarlıq barədə, həmçinin, paytaxt və regionlarda gənclərin bu sahədə maarifləndirilməsi istiqamətində aparılan mövzulara toxunacaq və sözügedən mövzular ətrafında fikir mübadiləsi aparacaqlar.

Məkan: Gənclər Evi, Gəncə şəhəri

Zaman: 15 iyul, saat 13:00

Foruma rəsmi qonaqlarla yanaşı Gəncə və ətraf ərazilərdən gənclərin, gənc sahibkarların da qatılması nəzərdə tutulub. İştirak etmək şəxslər aşağıda göstərilən link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat forması: https://youthinc.typeform.com/to/w0AwX5
Son qeydiyyat tarixi: 13 iyul 23:00
Tələsin, yerlər məhduddur!

Qeyd edək ki, “Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramının məqsədi Azərbaycanda “Gənc Sahibkarlıq” anlayışının inkişafı, gənclərin biznes haqqında məlumatının artırılması və gənclərə öz biznesini yaratmaqda dəstək olmaqdir. Buna görə “Youth Inc.” öz vaxtını, təcrübəsini, müvafiq resurslarını gənclərin biznes bacarıqlarının və biliklərinin artırılmasına, bununla da Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün gənc nəsli formalaşdırmağa yönəldib.

Azərbaycanda 2013-cü ilin yanvar ayından uğurla həyata keçirilən “Youth Inc.” Proqramı “Coca-Cola”, Azərbaycan Gənclər və İdman Nazirliyi və DVC təşkilatının dəstəklədiyi uzunmüddətli gənclər proqramıdır. “Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları 8 müxtəlif biznes layihələr həyata keçirib və 6000-ə yaxın gənc müxtəlif seminarlarda iştirak edib.

“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilən müsabiqə fərdlər tərəfindən könüllü olaraq yeni bizneslərin və innovasiyaların dəstəklənməsi modelininin Azərbaycanda tanıdılması üçün ilk addımdır.

Bəyən və paylaş

Rəylər

rəy(lər)