“Youth Inc.” Sahibkarlıq Proqramı Təcrübə proqramına start verir!

“Youth Inc.” Sahibkarlıq Proqramı Təcrübə proqramına start verir!

 

Azərbaycanda ən kütləvi sahibkarlıq proqramlarından biri olan “Youth Inc.” Sahibkarlıq Proqramı layihə menecerləri, SMM menecerlər, Qrafik və Motion dizaynerlər üçün 2 aylıq təcrübə proqramını açıq elan edir!

2 aylıq proqramın sonunda uğurlu nəticə göstərənlər komandanın bir üzvü ola biləcəklər.

Tələblər:

– İnnovasiya ekosisteminə maraqlılıq;

-Araşdırma və trendləri izləmək bacarığı;

-Müvafiq sahə üzrə məlumatlılıq;

-Azərbaycan və ingilis dili bilikləri (rus dili arzuolunandır);

-Komanda ilə işləmək bacarığı;

-Aktiv, öyrənməyə və inkişafa açıqlıq.

 

Komanda ruhunu hiss edəcəyiniz iş mühitində çalışmaq, startap və sahibkarlıq sahəsində əvəzolunmaz təcrübə qazanmaq və yaz-yay aylarını səmərəli keçirmək istəyirsinizsə, CV-nizi “Youthinc internship” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz.

 

Son müraciət tarixi: 10 may 2021

Bir cavab yazın

Back to top button