18 Fevral 09:37

YouTopia by Leyli Salayeva

“Qadın tam bir dövrədir. Onun içində yaratmaq, qidalandırmaq və dəyişmək gücü var.”- Diana Mariçayld
Leyli Salayevanın ikinci şeir kitabı olan “Youtopia” təbiətin sirli varlıqlarına – qadınlara həsr olunub. Müəllif hər kəsi müasir poeziya dünyasına dalmağa, onu görməyə və duymağa dəvət edir. Kitabı müəllifin imzası ilə almaq istəyən oxucular tədbir zamanı xüsusi jurnalda öz kontaktlarını yaza bilərlər.
Şair haqqında məlumat

Leyli Salayeva Azərbaycan Yazıçılar Birliyinin və Birləşmiş Krallığın Şeir Dərnəynin üzvüdür. Onun ilk şeir kitabı Twelve Thirteen (“On iki on üç”) 2014-ci ildə işıq üzü görmüşdür. O, həmçinin “ Dilbərin qaşıq səyahəti” uşaq kitabın müəllifidir. Onun şerləri Avropa Azərbaycan Cəmiyyətinin (AAC) jurnalında və Böyük Britaniya Kitabxanasının saytında nəşr olunub. O, ingilis dilində yazdığı şeirlərində inancları və emosiya mübadiləsini ifadə edir. Leylinin yaradıcılığının ilham mənbəyi – musiqi və insanlardır.

Vaxt: 19 fevral 19:00

Ünvan: Natavan gallery&club

A.Zeynalli 6/8, Bakü
Bəyən və paylaş

Rəylər

rəy(lər)