30 Mart 11:33

Youtube’da reklam vermək

Google’dan sonra ən böyük axtarış sistemi olan Youtube, ən böyük video kontent portalıdır. Google tərəfindən inkişaf etdirilən Youtube video portalı milyonlarla istifadəçi tərəfindən ziyarət edilən bir saytdır. Video kontentin artıq daha dəyərli olduğu bir zamanda başda məhsul reklamlarımız olmaqla, istədiyiniz hər hansı bir xidmətinizin təqdimatını Youtube üzərindən rahatlıqla edə bilərsiniz. Bildiyimiz kimi Youtube’da  bir neçə növdə reklam vermək mümkündür. Bunlara Youtube’da “videodan əvvəl verilən reklam”, “video yanında”, “Youtube axtarış nəticələri reklamları”, “pararlel gedən reklamlar” və “banner reklamlar” aiddir. Mən sizə Youtube’da videodan əvvəl verilən reklamlardan (Trueview in-stream) qısaca bəsh edəcəm. Normal video ölçüsündə olub və 5 saniyə sonra  “reklamı keç” şəklində olan bu reklam forması tam reklam edilə bilər.

Video kontentin artıq daha dəyərli olduğu bir zamanda başda məhsul reklamlarımız olmaqla, istədiyiniz hər hansı bir xidmətinizin təqdimatını Youtube üzərindən rahatlıqla edə bilərsiniz. Məhsul reklamınız, bir məkanın təqdimatını, çəkmiş olduğunuz bir klibi və daha çoxunu Youtube üzərindən qısa bir müddət içərisində internet istifadəçilərinə çatdıra bilərsiniz. Bu xidmətdən faydalanmaq  isə olduqca sadədir.

Youtube Video’dan əvvəl görünən reklam

  • 1. Bunun üçün ilk əvvəl aşağıdakı linkə daxil olun.
https://www.youtube.com/yt/advertise/
Daha sonra “başla” düyməsinə klik edin.
youtube-reklam
  •  Qarşınıza çıxan səhifədə olan video reklam sahəsinə Youtube’da videodan əvvəl çıxmasını istədiyiniz videonun URL’ni qeyd edirsiniz. Reklam etmək istədiyiniz videonu kopyalayıb buraya yapışdıra bilərsiniz.

youtube-reklam

 

  • Video linkini girdiyiniz zaman birbaşa olaraq reklamınızın videolardan əvvəl necə görünəcəyi ilkinbaxışını görəcəksiniz. Ardından reklam başlığınızı və reklam təsvirini qısa bir şəkildə yaza biləcəyiniz sahəni görünəcək. Bununla birlikdə video öncəsi reklamların yanında Youtube’nin təyin olunan yerlərində reklamınızın hansı kiçik vizualla çıxacağını seçməniz istəniləcək.
           Nümunə olaraq aşağıdakı vizuala bax bilərsiniz…
youtube-seo
  • Videonuzun mətn hissəsini yazdıqdan sonra “davam et” düyməsinə klik edin. Bu zaman sizə videonuza klik edildikdə saytınızamı, yoxsa videonuza yönlendirilməsi soruşulacaq. 

youtube da reklam

  • Növbəti mərhələdə  sizdən gündəlik nə qədər büdcə təyin edəcəyiniz və eyni zamanda görüntü başına xərci daxil etməyiniz (və ya klik başına) istəniləcək.
  •  Youtube’da nəşr olunacaq olan videonuz üçün etməniz lazım olan, yəni sizdən istənən son şey isə hədəf kütlə seçiminizi etməkdir.
  •  Əgər Google Adwords hesabınız var isə birbaşa vieonuzu yayımlaya bilərsiniz. . Burada “Giris” düyməsinə tıklayarak Google Adwords hesab məlumatlarınızı daxil etməyiniz istəniləcək.

youtube-reklam

Son olaraq  reklam məlumatlarınızı araşdırmaq və ödəmə edəcəyiniz kartınızı seçərək Kampaniya Yarat və Başlat ‘düyməsinə tıklamak olacaqdır. Reklamınız uyğun görüldüyü təqdirdə 1 iş günü içərisində təsdiqlənəcək və yayımlanmaya başlanılacaq.

Müşfiq Şirəliyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)