“Yoxsulluğu Yenidən Araşdır” Tədqiqat İşi Müsabiqəsi

“Yoxsulluğu Yenidən Araşdır” Tədqiqat İşi Müsabiqəsi:
Əgər siz də yoxsulluğu yenidən araşdırmaq istəyirsinizsə, bu fürsət sizin üçündür!〽️
İştirakçılar:
14-29 yaş arası gənclər, aşağıdakı mövzulardan hər hansı biri ilə bağlı fikir və araşdırmalarını yazılı şəkildə təqdim etməyə dəvət olunur:
Yoxsulluğu necə anlayıram;
Su qıtlığının yoxsulluq səviyyəsinə olan mümkün təsirləri (Gender bərabərliyi, Təhsil və Sağlamlıq problemləri ilə əlaqədar olaraq);
Əlilliyi olan və xüsusi qayğıya ehtiyacı olan insanların inkişafına maneə;
Kənd təsərrüfatında fəaliyyət göstərən qadınların yoxsulluğun azaldılmasındakı rolu (xüsusi bölgə və ya kənd təsərrüfatı üzrə tədqiqat arzuolunandır);
DİM 1 və Miqrasiya;
Yoxsulluq təhsil hüququna maneədirmi? (ibtidai və orta məktəb təhsili üzrə);
Covid-19 pandemiyasının yoxsulluqla mübarizə tədbirlərinə olan mənfi təsirləri;
Qadınların iqtisadi fəallığının artırılması – yoxsulluğun azaldılması;
Uşaqların doğulanadək cins seçimi ölkənin demoqrafik balansına və iqtisadiyyatına təsiri.
Qaydalar:
Həcm: Maksimum 150 sözdən ibarət başlanğıc ilə, 1000-1500 söz aralığı (biblioqrafiya istisna olmaqla)
Format: PDF
Dil: Azərbaycan/İngilis/Rus
Seçim prosesi:
Seçim komitəsi bütün tərəfdaş təşkilatların üzvlərindən təşkil olunacaqdır.
Müsabiqənin ilk üç qalibi Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin İnkişaf Proqramı və ADA Universiteti tərəfindən imzalanmış sertifikatlar və hədiyyələrlə təltif olunacaqdır.
Qaliblər 25 oktyabr 2021-ci il tarixində xüsusi mükafatlandırma mərasimi ilə elan olunacaqdır.
Son müraciət tarixi: Tədqiqat işləri 20 oktyabr 2021-ci il, Bakı vaxtı ilə saat 23:59-dək [email protected] ünvanına göndərilməlidir.

Related Articles