25 Noyabr 13:36

“Yüksək dizayn və italyan brendlərinin sirləri” Italy for Contract Seminarı

1 dekabr 2015-ci il tarixində, saat 18:00-da Heydər Əliyev Mərkəzində keçiriləcək: “Italy for Contract  – “Yüksək dizayn və italyan brendlərinin sirləri” adlı Masterklass-seminarına və eləcə də tədbirdən öncə saat 17:30-da keçiriləcək mətbuat konfransına dəvət etməkdən məmnunluq duyuruq. 
“ITALIA FOR CONTRACT**
 
İlk dəfə olaraq, italyan keyfiyyəti və dizaynını təbliğ edən italyan şirkətləri şəbəkəsinin rəsmi təqdimat mərasimi Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
 
İstehsal şəbəkəsinin təşəbbüskarları olan “Crassevig”, “Frag”, “Kenius”, “Molaro”, “Moroso”, “Neod” və “Pratic” italyan şirkətləri, yeni layihələrin uğurlu həlli yolunda beynəlxalq dizaynerlər üçün yeni istinad nöqtəsi olacaq.
 
Mebeldən beton konstruksiyayadək, pəncərə sistemlərindən örtüklərədək “ITALIA FOR CONTRACT” şəbəkəsinin hər bir şirkəti, müxtəlif sektorlar üzrə yüksək təcrübəyə malik dizayn və keyfiyyəti nümayiş etdirirlər.
 
Təqdimat mərasimi, dünya memarlıq simvollarının nadir incilərindən biri hesab edilən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
 
 Edumap.az -a verilən məlumata görə,Təqdimat mərasimi, dünya memarlıq simvollarının nadir incilərindən biri hesab edilən Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.
 
Memar Zaha Hadid tərəfindən reallaşdırılan bu memarlıq incisi də keçiriləcək layihənin keyfiyyət, dizayn və yenilik xüsusiyyətlərini özündə təcəssüm etdirir.
 
İtalyan şirkətlər qrupunun bu addımı, “Yüksək dizayn və italyan brendlərinin sirləri” adlı mövzusunu dəyirmi masa arxasında müzakirə edərək əsl italyan keyfiyyəti ilə yaxından tanış olmaq imkanını yaradır.İtalyan şirkətləri şəbəkəsi şirkətləri ilə uzun illər boyu əməkdaşlıq etmiş memar və dizaynerlər, ən uğurlu layihələrinin pərdə arxası sirli məqamlarını seminar zamanı ortaya çıxaracaqlar. 
Əlavə məlumat və tədbirə dəvətnamə əldə etmək üçün (012)4971793, (012) 4974843, (051)5853315 nömrələri ilə əlaqə saxlaya bilərsiz.
Bəyən və paylaş

Rəylər

rəy(lər)