27 avqust - 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.
Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.
İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron müraciət və müsahibə mərhələsi.
05 sentyabr saat 23:59-dək davam edəcək I mərhələdə müraciətçilərin "Müraciət_forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsindəvakant yerlərin siyahısıverilmişdir.
Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
- Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək
- Ölkəmizdə və xarici ölkələrdəki təlimlərdə iştirak
- Rəqabətə davamlı əmək haqqı
- Daimi və ya saat hesabı tədrisə cəlb imkanı
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur