25 Yanvar 20:25

YUNUS Sosial Biznes Mərkəzi tərəfindən inkubasiya proqramına start verilir

UNEC tələbələri!

YUNUS Sosial Biznes Mərkəzi tərəfindən inkubasiya proqramına start verilir. Siz bu proqram çərçivəsində sosial biznes ideyalarınızı reallaşdıra biləcəksiniz. Sosial biznes layihələri çərçivəsində UNEC tələbələri İnkubasiya Proqramı çərçivəsində startuplar icra etmək istədikləri social bizness layihələri reallaşdıra biləcəklər. Proqramın məqsədi gənc startapçılara yardım etmək və müxtəlif resurslar vasitəsilə onların sosial biznes ideyalarını dəstəkləməkdir. Əgər sizin komandanızın ideyaları varsa o zaman bizə müraciət edi.

Proqramın məqsədləri:

• Azərbaycanda Sosial Biznesin inkişafı
• Ölkədə Sosial – İqtisadi inkişfa dəstək
• Sosial Biznes ideyaların reallaşdırılması

Əsas istiqamətlər:

• Təhsil
• Texnologiya
• Səhiyyə
• Kənd təsərrüfatı

Proqram çərçivəsində görüləcək işlər:

• Təqdim olunmuş formanı doldurulması
• 1 – ci mərhələ: müsahibə ( hər istiqamət üzrə 3 komanda )
• Mentorluq proqramı ( əməkdaş şirkətlərin nümayəndələri tərəfindən )
• 2 – ci mərhələ: hakimlərin qiymətləndirilməsi ( hər istiqamətdə 1 qalib komanda )
• 3 – cü mərhələ: mükafatlandırma ( texniki, biznes və maliyyə dəstəyi )

Tələblər:

• Komanda 3-4 üzvdən ibarət olmalıdır
• Yalnız UNEC tələbələri üçün
• İdeyalar Azərbaycan, Rus, İngilis dilində təqdim edilə bilər
• İdeya sosial və iqtisadiyyat yönümlü olmalıdır
• İdeya yalnız qeyd olunan istiqamətlərdən ibarət ola bilər

Layihələrin qəbulu üçün son tarix: 15 Fevral 2018.

Müraciət üçün link: https://goo.gl/forms/vQdnV54f3vGkKUQB2
Suallarla bağlı müraciət edə bilərsiniz: [email protected] +994702920518

Bəyən və paylaş