25 Oktyabr 19:11

Yuxusuzluq himni

Gecə də bizdən inciyib,

qaranlıqlaşır kini.
Ağcaqanad vızıldayır

“yuxusuzluq”  himnini.

Gözlərim tavana baxır,
uzanmışam eləcə.
Sanki kimsə pıçıldayır:
“darıxma çox, gələcəm”.

Çoxdandır ki, xəstəhalam,
can verirəm deyəsən.
Asqırsam ciyərim deyər:
“öz başını yeyəsən”.

Gözlər birtəhər qapanıb,
yola verir gecəni.
Çarpayıntək dağılmışam,
gəlib yığışdır məni…

Emil Hacıyev

Bəyən və paylaş

Rəylər

rəy(lər)