16 Dekabr 09:36

“ZAMAN DANIŞARSA” ÖDƏNİŞSİZ SEMİNAR

4M Academy tələbələri təqdim edir:
“Zaman Danışarsa” seminarı

Seminarın mövzusu:

Bəzən insanlar “o işi görməyə vaxtım yoxdur, bu işi görməyə vaxtım yoxdur” deyirlər. Zamanın azlığından şikayət edirlər. Özlərində deyildə, zamanda qüsur axtarırlar. Əgər zaman danışarsa öz günahsızlığını və əksinə, günahın insanlarda olduğunu asanlıqla sübut edə bilər. Necə? Bu seminarda öyrənəcəksiniz. Bu seminarda artıq biz yox, zaman danışacaq…

Seminarda öyrənəcəkləriniz:
– Zaman anlayışı;
– Zamanı idarə etmək nə deməkdir?
– Zamanımızı nələrə xərcləyirik?
– Zamanın idarə edilməsində hədəflərin rolu;
– Zaman tələləri;
– Zaman tələlərindən necə qurtulmaq olar?
– Zamanı idarəetmə texnikaları;
– İş prosesində zamanı idarəetmə texnikalarından istifadə;

Spikerlər:

Fatimə Əsgərzadə
Bakı Dövlət Universiteti Sosial Elmlər və Psixologiya fakultəsi məzunudur.Hal-hazırda İB Club təcrübə proqramında iştirak edir.

Qəmər Allahverdiyeva
Azərbaycan Dövlət İqtisad Universitetinin İnformatika və İdarəetmə fakültəsində təhsil alır. Hal-hazırda HR sahəsi üzrə karyera planı üzərində işləyir.

Nahid İbrahimov
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat, Beynəlxalq İqtisadi Münasibətlər və Menecment fakültəsində təhsil alır. ATGTİ-də könüllü kimi fəaliyyət göstərir. Hal-hazırda Menecment sahəsi üzrə karyera planı üzərində işləyir.

Əminə Mustafayeva
Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə təhsil alır. Hal-hazırda İB Club təcrübə proqramında iştirak edir.4M Academy tələbəsidir

Tahir Ələkbərov
Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında, Sənayenin təşkili və idarə edilməsi ixtisası üzrə təhsil alır.

QEYD: BU SEMİNAR 4M ACADEMY TƏLƏBƏLƏRİNİN BURAXILIŞ İŞİDİR.

Seminarda iştirak etmək üçün qeydiyyatdan keçməyiniz mütləqdir. Qeydiyyat üçün aşağıdakı linkə daxil olub formu doldurun:
http://goo.gl/forms/lHCQga0lcY

Seminarın keçiriləcəyi tarix:
19 dekabr 2015 / 12:00;

Seminarın müddəti:
2 saat (15 dəqiqə coffee break fasiləsi);

Seminarın keçiriləcəyi məkan:
Xocali prospekti,37.Dəmirçi plaza (Xətai m.s. yaxınlığı)

Qeydiyyat üçün son tarix:
18 dekabr, 22:00

Seminarda iştirak ÖDƏNİŞSİZDİR və seminarda iştirak edənlərə SERTİFİKAT təqdim olunacaqdır.

YERLƏR MƏHDUD OLDUĞU ÜÇÜN SEMİNARA İŞTİRAK SEÇİMLƏ APARILIR. SEÇİLƏNLƏRƏ BU BARƏDƏ SMS BİLDİRİŞ GÖNDƏRİLƏCƏKDİR.

Əlaqə: Murad Kərimov (+994)55-591-58-41
Əlaqə:Rizvan Qəmbərov (+994)50-544-65-08

Bəyən və paylaş