22 İyun 10:52

Zamanı Durdurmaq

Zaman sonsuz və uzun axıntlı bir anlayışdır. Bu zamanın sonsuzluğ mənasına gəlir.. Lakin sonsuz olan zaman daxilində  bütün məhfumlar və varlıqlar mütləq bir zamanda var və məhv olmağa . Yəni zamanın hər birimiz üçün bilmediyimiz bir ölçüdə biçdiyi kəsin bir miqdar var. Bizim isə ixtiyarmiz o zaman dilimini istifadə etməkdir Amma necə istifadə etmək ?

İnsanın hər gün 24 saatı var. Bu zaman sonsuz həddə böyük dəyərə malikdir. Lakin  24 saat insan həyatında hər gün təkrarlandığına görə vərdişkar olur.  Nəticədə dəyəri sonsuz olan  zaman öz dəyərini normallığa verir. İnsan təhtəlşüur olaraq sonsuz 24 saatlar sahib olduğu qənaətinə gəlir. Günlərin bir günü limit həddinə çatanda anlayır ki, onunda artıq limiti bitir. Bu zaman “zaman” sonsuz ölçüdə olur. Lakin artıq o zaman gecikmiş zaman olur.

İndi isə düşünün ki, sizin 24 saatınız var amma yalnız 1 dənə 24 saat ? İndi zaman sizin üçün hansı dəyərdədir ? Ümumiyyətlə ölçə bilirsinizmi?

Düşünün ki hazırda sizə heç aidiyyətı olmayan birinin həyatını müzakirə edirsiniz və bu sizin həyatınızda olan 24 saatlarnızı aparır və sonda siz sizə məxsus olan 24 saatları başqaları üçün bir heç uğruna  xərcləyirsiniz. İnsan özünə sual versin: Buna görə dəyər mi ? Boşluq və ya lazımsızlıq uğruna insan oğlunun neçə minlərlə dəqiqlər xərclədiyini hələ ki heç bir sistem və insan oğlu ölçə bilməyib.

Gəlin o zaman “Zaman bənzətməsi” edək:  Düşünək ki, Sizə Bir qutu kibrit verilib lakin qutu neçə kibrit olduğnu bilmirsiniz heç maraqlı da deyil çünki say olaraq çoxdur. Siz hər kibrit ilə ehtiyyatli və düzgü n şəkildə istifadə edib ətraflı işqlandırmaq səlahiyyətindəsiniz.Siz isə bu kibritlərlə ehtiyyatsız davarnaraq küləyə verir söndürür və ya qırır nəticədə heç bir işıqlanma olmur. Günlərin bir günü insan kibrit qutusunu açanda yalnız 1 ədəd kibriti qaldığnı görür bütün cəhdlə onu yandırıb ətrafı işıqlandırmaq istəsə də artıq gec olur. Bir kibrit illərin zülmətini işıqlandıra bilməz nə də qırılan boş kibritlər geri gəlməz.

İnsan üçün zaman bilirsiz nə vaxt sonsuz dəyərdə olur? Həyatının son anlarını yaşadığını hiss etdiyi vaxt. Bəlkə də heç vaxt o saniyələrin bitməsini istəməz soruşsanız.

Lakin zamanı anlamaq üçün bu anı gözləmək məcburiyyətində deyilik. Həyatı özümzə, gözəl işlərə, sağlam məqsədlər ən əsası nəticəsi olan istənilən bir nəsnəyə sərf edərək öz biçimli zamanımızı dəyərli edə bilərik.

Sonda sizə zamanı daha yaxşı anlamaq üçün. İn Time ( Zamana qarşı) filmini tövsiyyə edirəm.

Fərid Məhərrəmli

Bəyən və paylaş

Rəylər

rəy(lər)