“Zirvəyə doğru addımlayan gənc Azərbaycan qadını” forumu

Əziz və dəyərli xanımlar! ☺️
Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın I xanımı Mehriban Əliyevanın doğum gününə həsr olunmuş “Zirvəyə doğru addımlayan gənc Azərbaycan qadını” forumuna qeydiyyat başladı!
26 avqust 15:00-da Zoom vasitəsilə həyata keçiriləcək onlayn foruma qoşularaq gənc qadınların iqtisadi, mədəni, sosial və siyasi sahələrdə fəallığı, uğura gedən yolda üzləşdikləri çətinliklərin öhdəsindən necə gəlməyin yolları, milli-mənəvi dəyərlərimizin qorunmasında qadınların rolu və s. barədə məlumatlara yiyələnəcəksiniz.

Mövzular:
🔹”Uğurlu qadın olmağın yolları”
🔹“Təhsil gələcəyin memarıdır”
🔹“Azərbaycanda Könüllük Hərəkatı”
🔹”Müasir dövrdə milli-mənəvi dəyərlərimizin qorunması”

🗓Tarix: 26 avqust, 2020
🕒Saat: 15:00
Qeydiyyat üçün son tarix: 25 avqust 00:00

Forumda iştirak etmək üçün linkə keçid edərək, müraciət edə bilərsiniz: https://forms.gle/7aEZJ2roxX68Xxsn7

Bir cavab yazın

Back to top button