26 Noyabr 23:06

“Zorakılığa Qarşı Öyrət” Təlimi

Edumap.az xəbər verir ki, 12-16 Dekabr və 19-21 Dekabr tarixlərini əhatə edəcək “Zorakılığa Qarşı Öyrət” təlimi Caspian PlatForum-un təşkilati dəstəyi ilə Y-PEER Azərbaycan-Gənc Həmyaşıd Təhsili Şəbəkəsi tərəfindən həyata keçiriləcəkdir. Təlim münaqişələrin həlli və idarə olunması, həmyaşıd təhsili və qeyri-zorakılığın tədrisi və təbliği üçün ictimai vəkillik mövzularını əhatə edəcək və iştirakçılarına nəzəri biliklərlə yanaşı praktik yanaşmalar da təqdim edəcəkdir.

Dil: Azərbaycan dili
Ünvan: C.Cabbarlı küç.44, Caspian Plaza

Vaxt: 12-15 Dekabr (14:00-18:00)
16 Dekabr və 19-21 Dekabr (10:00-18:00)

İŞTİRAK KRİTERİYALARI

– 18-24 yaş aralığında olmaq;
– Məcburi köçkün statusu daşıyan gənclərin müraciəti arzuolunandır;
– Jurnalistlərin və Jurnalistika tələbələrinin müraciəti arzuolunandır;
– Bütün sessiyalarda iştirak etmək imkanına sahib olmaq.

Son müraciət tarixi: 9 Dekabr 2016

Uğurlu müraciət halında təlimdə iştirak üçün yaş kriteriyasına yenidən baxıla bilər.

Anketə daxil etdiyiniz məlumatların tərəfimizdən heç kimlə və heç yerdə paylaşılmayacağına zəmanət veririk.

Əlavə suallarınız yaranarsa aşağıdakı e-poçt ünvanına yazaraq, layihə rəhbəri Namiq Abdullayevə müraciət etməkdən çəkinməyin:
[email protected]

Müraciət et: 

Bəyən və paylaş