Bazar ertəsi, 25 Avqust, 2025

"Bir Gələcək" layihəsinə spiker qismində qoşulmaq istəyən şəxslər üçün qeydiyyat


  • Dərc edildi: 11 Oktyabr, 2023 - 19:54
"Bir Gələcək" layihəsinə spiker qismində qoşulmaq istəyən şəxslər üçün qeydiyyat

Elm və Təhsil Nazirliyinin dəstəyi, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə yeni tədris ilində məktəb şagirdləri üçün “Bir Gələcək” adlı silsilə maarifləndirici görüşlərin ikinci mərhələsi təşkil edilir.

"Bir Gələcək” layihəsi çərçivəsində müxtəlif sahələrdə nailiyyətlər əldə etmiş, uğurlu karyera, həmçinin iş təcrübəsinə malik şəxslərin təqdimatında öz məzun olduqları məktəbin şagirdləri ilə görüşlərinin təşkil edilməsinə və onlarla şəxsi təcrübələrini, uğur hekayələrini paylaşaraq gələcək fəaliyyətlərinə töhfə vermələrinə şərait yaradılacaq.

Layihənin əsas məqsədi:
Azərbaycan gəncinin intellektual səviyyəsinin, həyata üstün baxışlarının və dünyagörüşünün formalaşdırılması;
Cəmiyyətin aparıcı təbəqəsi olan yeniyetmələrin elmə və ali təhsilə həvəsləndirilməsi;
Şagirdlərin öz şəxsi inkişaf yollarını aydınlaşdırması və fərdi inkişaf istiqamətlərini analiz etmək bacarıqlarını formalaşdırılması;
Şagirdlərin gələcək üçün perspektivli ixtisas sahələrini müəyyən etmələri və karyera planlamalarına dəstək göstərilməsindən ibartədir.

 Ötən tədris yarımilinin aprel ayından etibarən start verilən layihə çərçivəsində indiyə qədər 5 region, 16 Bakı məktəbi olmaqla ümumilikdə 21 təhsil ocağına səfər edilmiş və 2500-ə yaxın şagird əhatə olunmuşdur. Qeyd edək ki, layihənin əhatə dairəsi 80 təhsil ocağına ziyarət və ümumilikdə 10000-dən çox şagirdin əhatə olunması ilə hədəflənmişdir.
“Bir Gələcək” təşəbbüsünə spiker qismində qoşularaq məzun olduğu təhsil müəssisəsini ziyarət etmək istəyən şəxslərdən aşağıdakı qeydiyyat formunu dəqiq və dolğun şəkildə tamamlamasını xahiş edirik.

Keçid: https://lnkd.in/db5DaJ_w

⚠️ Müraciət üçün son tarix: 31.10.2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 527
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 100
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7394
Sumqayıt Dövlət Univ...