Oktyabrın 1-də “Sudan istifadə sahəsində mütəxəssislər” İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Su və Meliorasiya Elmi-Tədqiqat İnstitutu, Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu, Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Aqrar Xidmətlər Agentliyinin tərəfdaşlığı ilə “Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsinin Hacıqabul rayonu Dövlət Aqrar İnkişaf Mərkəzində rəsmi açılışı olub.
Əvvəlcə Azərbaycan Dövlət Himninin sədaları altında Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi yad edilib.
Layihə rəhbəri Nigar Xıdırova qonaqları salamlayaraq tədbiri açıq elan edib və layihə proqramı haqqında məlumat verib. Bildirib ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin kiçik qrant müsabiqəsinin nəticələrinə əsasən, “Sudan İstifadə sahəsində Mütəxəssislər” İctimai Birliyinin “Su ehtiyatlarının innovativ idarəedilməsi” adlı layihəsi qaliblər sırasında yer alıb.
Layihənin məqsədi gənclərə sudan səmərəli istifadə metodlarını aşılamaq, onların su haqqında elmi biliklərinin artırılmasına töhfə vermək, könüllülərin fəaliyyətinə dəstək göstərmək, eyni zamanda cəmiyyətin diqqətini bu sahəyə yönəltməkdən ibarətdir. Bu məqsədlə bir sıra orta təhsil müəssisələrinin şagirdləri və müəllimləri layihəyə cəlb edilib. Layihə çərçivəsində şagirdlər üçün su ehtiyatlarının innovativ idarə olunması, müasir suvarma sistemləri və tullantı sularının emalı mövzularında təlimlər, minimalizm və tullantıdan sənət əsəri ilə bağlı Workshoplar təşkil olunacaq.
Hacıqabul rayonu Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ariz Abuzərov innovativ texnologiyaların kənd təsərrüfatında əhəmiyyətini yüksək qiymətləndirib. O, Mərkəzin fəaliyyət istiqamətlərindən bəhs edib, layihə iştirakçılarına uğurlar arzulayıb və layihəni dəstəklədiklərini bildirib.
Sonra, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutun mütəxəssisləri Hamlet Fətdayev və Elman Rufullayev görülən işlər barəsində məlumatlar verib, iqlim dəyişkənliyi nəticəsində regionda ildən-ilə quraqlığın artmasını bildirdilər. Yerli əhalinin birgə fəaliyyəti nəticəsində ekoloji həll yollarının müsbət nəticə verə biləcəyini vurğulayıblar.
Su və Meliorasiya Elmi Tədqiqat İnstitutunun mütəxəssisi, Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülmüş Zahid Nağıyev “Alternativ su mənbələri” mövzusunda geniş təqdimatla çıxış edib.
“Su problemlərinin icma əsaslı həlli və səmərəli su istifadəsinin təşviqi” adlı təqdimatla layihənin eksperti Rəşail İsmayılov geniş məlumatlar verərək iştirakçılarla müzakirələr aparıb.
Hacıqabul Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi Səyavuş Məmmədovun müşayiəti ilə layihə iştirakçılarının iştirakı ilə fermerlərlə suvarma sistemləri ilə bağlı məsələlər müzakirə edilib və təkliflər irəli sürülüb. Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndi ərazisində yerləşən Pirsaat su anbarına və XIII əsrə aid Pir Hüseyn xanəgahına infotur təşkil edilib.
Tədbirin sonunda təşkilatın layihələrin idarəedilməsi üzrə meneceri Pərvanə Xıdırova qonaqlara təşəkkürünü bildirərək, layihə iştirakçıları ilə birgə Hacıqabul Su və Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin və Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin həyətyanı sahələrində yaşıllıqların artırılmasına dəstək olaraq ağac tingləri əkiblər.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur