"GeoPark Innovate Hackathon: Milli Parklarda Rəqəmsal İnnovasiyalar!

"GeoPark Innovate Hackathon: Milli Parklarda Rəqəmsal İnnovasiyalar!" 


Sizi Azercosmos və “Codelandia”nın birgə təşkilatçılığı ilə Azərbaycanın milli parklarının gələcəyini formalaşdıran bu möhtəşəm hakatona qoşulmağa dəvət edirik! Təbiəti texnologiya ilə birləşdirərək parkların idarə olunmasını yaxşılaşdıracaq və turistlərin təcrübəsini daha da mükəmməl edəcək CIS əsaslı SaaS platforması yaratmaq sizin əlinizdədir! 


Azercosmos turist təcrübəsini , park infrastrukturunu və biomüxtəlifliyi vizuallaşdıran “Milli parklar üçün turist qiymətləndirmə xəritəsi” yaratmaqla məlumat vizuallaşdırma yarışması təşkil edir! Məqsəd Azərbaycanın milli parkları üçün real vaxt rejimində turist məlumatlarını təhlil edəcək bir platforma yaratmaqdır.
 

 İştirak Şərtləri:
• 20 komanda – hər komanda maksimum 5 nəfərdən ibarət
• Proqramlaşdırma dilləri: Seçim sərbəstdir, lakin Python, JavaScript və R üstünlük verilir.
• GIS Kitabxanaları: Leaflet.js, OpenLayers, Google Maps API
• Məlumat Bazası: PostgreSQL + PostGIS
• Bulud Servisləri: AWS, Google Cloud
• Qiymətləndirmə: İnnovativ, istifadə rahatlığı, performans və bazar ehtiyaclarına cavab. vermə 


 Mükafatlar:
•  1-ci yer: 2500 AZN
•  2-ci yer: 1500 AZN
•  3-cü yer: 1000 AZN


 Layihənin əsas tələbləri:
• CIS inteqrasiyası ilə real vaxtda milli park məlumatlarını vizuallaşdıran platforma
• Biomüxtəliflik, turist davranışları və mühafizə ehtiyacları haqqında məlumatlar
• Gələcək inteqrasiyalar üçün API


 Kimlər iştirak edə bilər?


hər səviyyədən developerlər, data analitiklər və GIS mütəxəssisləri bu hakatonda iştirak edə bilər! İştirak etmək üçün, qeydiyyatdan keç, komandaya qoşul və Azərbaycanın milli parklarının rəqəmsal xəritəsini yaratmaqda öz izini burax! 


Qeyd! Hakaton 5 oktyabr saat 11:00 tarixində başlayacaq və 6 oktyabr saat 12:00 tarixində təqdimatlar həyata keçiriləcək. Layihələr 1 xarici və 4 yerli ekspert tərəfindən qiymətləndiriləcək. 
Bu sənin şansındır, gələcək texnologiyalara töhfə ver! 🌟

Qeydiyyat üçün: LİNK


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az