Cümə axşamı, 4 Sentyabr, 2025

Satınalma bölməsi üzrə Mütəxəssis vakansiyası


  • Dərc edildi: 18 Avqust, 2022 - 13:07
Satınalma bölməsi üzrə Mütəxəssis vakansiyası


“STP Global Cable” MMC, Ümumi İstehsalat və Təchizat əməliyyatları departamentinin Satınalma bölməsi üzrə Mütəxəssis vakansiyası elan edir.
“STP Global Cable” MMC, STP Şirkətlər Qrupunun nəzdində yaradılan Biznes vahidlərindən biridir. Tərkibinə Kabel və Elektrik Avadanlıqları zavodları daxildir. Şirkətin istehsal sahəsi ümumilikdə 7 hektardan çox qapalı ərazidən ibarətdir.


Bizim üçün uyğun namizəd:
-         Ali təhsilli olmalı;
-         Sahə üzrə minimum 2 il iş təcrübəsinə malik;
-         Avadanlıqlar və onların ehtiyyat hissələrinin alışı ilə əlaqədar təcrübənin olması;
-         Azərbaycan dilini sərbəst, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
-         MS office proqramlarında yüksək səviyyədə işləmə bacarığına sahib;
-         Yerli və beynəlxalq bazarlar haqqında məlumatlı olmalı;
-         Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
-         İşgüzar və məsuliyyətli olmalı;
-         İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
 
Hansı işləri görəcəksiniz:
-         Satınalma prossesini vaxtında, dəqiq, prosedur və prosseslərə uyğun olaraq icra etmək;
-         Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasını planlaşdırmaq və həyata keçirmək, işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra etmək;
-         Strukturlardan gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirmək, satınalma sifarişlərini hazırlamaq və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq qaydada həyata keçirmək;
-         Təchizatçılar və xidmət təminatçılarının texniki və maliyyə təhlilini aparmaq;
-         Bazarın müqayisəli təhlilini aparmaq, tələb olunan materialları daxili və xarici bazarda araşdırmaq, təchizatçı bazasının hazırlanmasını təmin etmək;
-         Tender sorğularını hazırlamaq və qiymətləndirmək, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesini yekunlaşdırmaq;
-         Ödəniş sorğularını həyata keçirmək, ödənişlərə nəzarət etmək;
-         Müqavilələri müəyyən edilmiş şərtlərə müvafiq şəkildə bağlamaq;
-         Təchizatçılarla danışıqlar aparmaq, qiymət endirimlərinin alınmasını təmin etmək;
-         Təchizat işi və dəyişikliklərlə bağlı təchizat üzrə menecerə məlumat vermək;
-         Struktur bölmə rəhbəri tərəfindən verilən digər tapşırıq və göstərişləri yerinə yetirmək.


Əlavə məlumatlar:
-         Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
-         Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
-         Tibbi sığorta mövcuddur;
-         İş vaxtı: Bazar ertəsi - Cümə, 09:00 – 18:00;
-         İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
 
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma üzrə mütəxəssis” yazaraq 18.09.2022-ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur. 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1107
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8108
Sumqayıt Dövlət Univ...