Təcrübə proqramı haqqında:
145 Group MMC Satınalma departamentində ödənişli təcrübə proqramına qoşulmaq üçün motivasiyalı və detallara diqqət yetirən namizədləri axtarır. Bu proqram satınalma əməliyyatları, təchizatçı əlaqələri və bazar araşdırmaları sahəsində real iş təcrübəsi qazanmaq üçün ideal fürsətdir. Təcrübə proqramını uğurla başa vuran namizədlərin işə qəbul olunma şansı var.
Yalnız bəy namizədlər
Məzunlar və magistr tələbələri
Ali təhsil (İqtisadiyyat, Biznesin İdarəedilməsi, Logistika və əlaqəli ixtisaslara üstünlük verilir)
İş təcrübəsi tələb olunmur (olması üstünlükdür)
Yüksək səviyyədə MS Office bilikləri (xüsusilə Excel)
Analitik düşüncə və detallara diqqət
Ünsiyyət və danışıqlar aparmaq bacarığı
Orta səviyyədə ingilis dili bilikləri (ən azı B1), rus dili arzuolunandır
Gərgin iş şəraitində işləmək bacarığı, məsuliyyətlilik və problem həll etmə qabiliyyəti
Komanda ilə işləmə bacarığı
Satınalma sifarişlərinin hazırlanmasında iştirak
Təchizatçılarla əlaqə saxlanılması və kommersiya təkliflərinin toplanması
Müqayisəli təhlillərin aparılması və hesabatların hazırlanması
Satınalma sənədlərinin düzgün aparılmasına dəstək göstərilməsi
Şirkət daxili prosedur və qaydalara uyğun olaraq tapşırıqların icrası
İş saatları: Həftəiçi 5 gün - 09:00-18:00
İstirahət günləri: Şənbə və Bazar
Təcrübə müddəti ərzində ödəniş(maaş) olunacaq
Nahar şirkət tərəfindən təmin edilir
Ünvan: ISR PLAZA, 16-cı mərtəbə
Qeyd: Təcrübə müddətində özünü doğruldan namizədlərə işlə təmin olunma şansı veriləcək.
Müraciət etmək üçün:
CV-nizi [email protected] e-mail ünvanına, mövzu hissəsinə “Satınalma və Təchizat üzrə təcrübəçi” qeyd edərək göndərə bilərsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb