Fonda daxil olan layihələr üzrə müraciətləri təhlil etmək və zəruri məlumatları toplamaq;
Layihə büdcələrinin işlənib hazırlanmasında, o cümlədən xərclərin qiymətləndirilməsi, izlənməsi və maliyyə vəziyyəti haqqında hesabatların hazırlanmasında iştirak etmək;
Layihə üzrə vaxt çərçivələrinin və kritik mərhələlərin müəyyən olunması daxil olmaqla layihə qrafiklərinin hazırlanmasında və monitorinqində iştirak etmək;
Layihələrin gedişatını və icrasını izləmək, həmçinin layihələrin vaxtında icrasının təmin edilməsində, gecikməyə səbəb ola biləcək amillərin aradan qaldırılmasında və risklərin müəyyən edilməsində iştirak etmək;
Layihələr üzrə tələb olunan monitorinqlərdə iştirak etmək, bununla bağlı müvafiq icmallar və arayışlar hazırlamaq;
Layihələrə dair aparılan işlər üzrə Fondun digər struktur bölmələri, tərəfdaşlar, podratçılar və digər əlaqəli tərəflər ilə effektiv kommunikasiya yaratmaq;
Layihələrin gedişatına və keyfiyyətinə nəzarət etmək məqsədilə ərazilərə səfərlər həyata keçirmək;
Layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlardan və şəxslərdən zəruri məlumatlar əldə etmək;
Layihələrin effektivliyinin artırılması məqsədi ilə qabaqcıl yerli və beynəlxalq təcrübələrin tətbiqinə dair təkliflər vermək;
Fondun fəaliyyətinə aid olan məsələlərlə bağlı dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər arasında səmərəli əlaqələndirməni təmin etmək;
Rəhbərliyə və maraqlı tərəflərə layihələrin icra statusu ilə bağlı hesabatları hazırlamaq və təqdim etmək.
Təhsil:
İqtisadiyyat, idarəetmə, mühəndislik və ya digər müvafiq texniki ixtisas üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır).
PMP (Project Management Professional), “Dövlət Satınalmaları”, “Müqavilələrin İdarə Edilməsi” sertifikatları olan namizədlərə üstünlük verilir.
Təcrübə:
Layihələr sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Arzuolunan iş təcrübəsi – 2 il və ya daha artıq.
Bilik və bacarıqlar:
Azərbaycan dilində mükəmməl danışıq və yazı biliyi (rus və ingilis dili biliyi arzuolunandır);
Microsoft Outlook, Word, Excel, Sharedpoint proqramlarında yüksək səviyyədə işləmək bacarığı (Power Point və Adobe Acrobat arzuolunandır);
Trello proqramında işləmək bacarığı;
Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı;
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb