Cümə axşamı, 21 Avqust, 2025

“Yükdaşımaları nizamlayan Beynəlxalq Konvensiya və Qanunlar” adlı təlim keçiriləcək


  • Dərc edildi: 19 Sentyabr, 2022 - 17:47
“Yükdaşımaları nizamlayan Beynəlxalq Konvensiya və Qanunlar” adlı təlim keçiriləcək

Bakı Limanının Təlim Mərkəzi tərəfindən “Yükdaşımaları nizamlayan Beynəlxalq Konvensiya və Qanunlar” adlı təlim keçiriləcək.


Bakı Limanının Təlim Mərkəzinin beynəlxalq sertifikatlı (FİATA) mütəxəssisləri tərəfindən yükdaşımaları nizamlayan Beynəlxalq Konvensiya və Qanunlardan bəhs edən 1 günlük təlim keçiriləcək.

27 sentyabr 2022-ci il tarixində keçirilməsi nəzərdə tutulan təlim çərçivəsində iştirakçılara yüklərin quru, dəniz, hava və dəmir yolu ilə ölkələrarası daşınması qaydalarını nizamlayan Beynəlxalq Konvensiyalar və Azərbaycan Respublikası Qanunlarına istinad olunaraq yükgöndəricinin, daşıyıcının və yükalıcısının vəzifələri, həmçinin yüklərin zədələnməsi və ya itməsi zamanı daşıyıcının məsuliyyəti izah olunacaq. Təlimdə nəqliyyatçılar, ekspedisiya, sığorta və idxal-ixrac əməliyyatları ilə məşğul olan şirkətlərin əməkdaşları iştirak edə bilərlər.

Təlimdə Konvensiya və Qanunların tələblərindən irəli gələn məsələlər birlikdə müzakirə və izah olunacaq. Təlim 7 nömrəli ASAN Xidmət nəzdində olan İnnovasiya və İnkişaf Mərkəzində keçiriləcək. Təlimdə iştirak etmək istəyənlər 26 sentyabr tarixinə qədər qeydiyyatdan keçməlidir.

Ətraflı məlumat almaq istəyənlər [email protected] və ya 055 400 08 90 mobil nömrəsi ilə əlaqə saxlaya bilər.
 

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 200
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7129
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1852
Azərbaycan Texnologi...