Cümə axşamı, 21 Avqust, 2025

“Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin təlimləri keçirilib


  • Dərc edildi: 19 Sentyabr, 2022 - 18:12
“Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin təlimləri keçirilib

““Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsi
2022-ci il sentyabr ayının 17 və 18-də Salyan şəhər 2 nömrəli tam orta məktəbdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşlığı ilə həyata keçirilən “Gənc müəllimlərin debat çempionatı” - gənclərdə “soft skills” təməl bacarıqların formalaşdırılması” layihəsinin təlimləri keçirilib.

Təlimlər zamanı müəllimlər, "Debatda Hakimlik", "Karl Popper Debatları", "Milli debat proqramı", "Debat fəlsəfəsi və metodologiyası", "Debatın tarixi" mövzularında yeni biliklər əldə etmişdirlər .

Qeyd edək ki, layihənin məqsədi yeniyetmələr və regionun gənc müəllimləri arasında  21-ci əsr bacarıqları sırasında olan ünsiyyət, özünü təqdim və natiqlik bacarığının inkişaf etdirilməsidir.

Layihənin müvəffəqiyyətlə davam etdirilməsini arzu edirik!

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 215
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7134
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1855
Azərbaycan Texnologi...