Cümə axşamı, 21 Avqust, 2025

“Peşə könüllüsü” proqramına qeydiyyat davam edir!


  • Dərc edildi: 16 Dekabr, 2023 - 21:14
“Peşə könüllüsü” proqramına qeydiyyat davam edir!

Peşə təhsil müəssisəsində təhsil alan tələbələr üçün əla xəbərimiz var. “Peşə könüllüsü” proqramına qeydiyyat davam edir! 

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan bütün peşə təhsili müəssisələrində təhsil alan və son 5 ildə məzun olan şəxslər peşə könüllüsü olmaq üçün bu təşəbbüsə müraciət edə bilər. 

“Peşə könüllüsü” olacaq şəxslər aşağıdakı istiqamətlər üzrə bir sıra fəaliyyətlərdən yararlana biləcəklər:

Peşə təhsili müəssisələri tərəfindən həyata keçirilən sosial təşəbbüslərin və ictimai yönümlü layihələrin icrası prosesində iştirak etmək;

Təhsil aldıqları və yaşadıqları ərazidə gənclər arasında peşə təhsilinin təbliği işlərinin təşkilində təcrübə qazanmaq;

Könüllü fəaliyyətlər çərçivəsində özlərinin təşəbbüskarlıq, layihə idarə edilməsi, təşkilatçılıq, məsuliyyətlilik, planlaşdırma kimi iş bacarıqlarını formalaşdırmaq;

Müxtəlif peşə istiqamətləri üzrə fəaliyyətlərdə yaxından iştirak edərək öz potensiallarını kəşf etmək və seçdikləri istiqamət üzrə mütəxəssis kimi inkişaf etmək;

PTDA-nın, habelə peşə təhsili müəssisələrinin təşkil etdiyi və təşkilində iştirak etdiyi tədbirlərə həm iştirakçı, həm də təşkilatçı olaraq qoşularaq bir sıra peşə istiqamətləri üzrə praktiki biliklər qazanmaq.

Bunlarla yanaşı, “Peşə könüllüsü” təşəbbüsü çərçivəsində könüllülərin inkişafına yönəlik müvafiq təlim və tədbirlərin keçirilməsi, eləcə də kiçik miqyaslı sosial fəaliyyətlərin təşkili nəzərdə tutulur.

Peşə könüllüsü olmaq istəyən şəxslər aşağıdakı formu tamamlayaraq yollamalıdır.

Formun linki: https://shorturl.at/vJLS8

Son müraciət tarixi 20 dekabr 2023-cü il, saat 18:00-dır.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
21 Avqust, 2025 - 00:21 210
“Bir Müəllimin Manif...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7132
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1853
Azərbaycan Texnologi...