Bazar, 1 İyun, 2025

"Təhsildə münaqişə transformasiyasının rolu" layihəsinə qeydiyyat başladı (ÖDƏNİŞSİZ)


  • Dərc edildi: 1 Noyabr, 2024 - 12:15
"Təhsildə münaqişə transformasiyasının rolu" layihəsinə qeydiyyat başladı (ÖDƏNİŞSİZ)

"Təhsildə münaqişə transformasiyasının rolu" layihəsinə qeydiyyat başladı (ÖDƏNİŞSİZ)

 

Müəllimlik,psixologiya və sosial iş sahəsində çalışan və təhsil alan şəxslər üçün “Təhsildə münaqişə transformasiyasının rolu” adlı layihəyə qeydiyyatı açıq elan edirik!

Layihənin əsas məqsədi adları çəkilən təhsil yönümlü sahələrdə çalışan və ya təhsil alan 18-30 yaş aralığında olan şəxslərin münaqişə transformasiyasına dair agahlılığını artırmaq, müvafiq istiqamətdə bilik və bacarıqlar qazandırmaqdır.

Layihəyə müraciət üçün seçim kriteriyaları:

- 18-30 yaş aralığında olmaq

- pedaqoji, sosial iş və ya psixologiya sahəsində işləmək və ya təhsil almaq

- münaqişə transformasiyasında maraqlı olmaq

- yüksək motivasiya

- tam iştirak

Layihə 4 gün (30 noyabr-1 dekabr; 7-8 dekabr) 10:00-17:00 saat aralığını əhatə edir. Proqramı uğurla bitirən şəxslərə sertifikat veriləcək. Müsahibəyə dəvət və seçim prosesi qeydiyyatdan keçmə tarixlərinə uyğun olaraq aparılacaq. Odur ki, qeydiyyatdan keçməyə tələsin. Qeydiyyat formasını dolduraraq növbəti mərhələyə keçən şəxslər müsahbəyə dəvət olunacaq.

Qeyd edək ki, proqram Bakıda yaşayan şəxslər üçün nəzərdə tutulub. Bölgələrdən gələn iştirakçıların yol və yaşayış xərcləri qarşılanmır.

Son qeydiyyat tarixi: 20 noyabr 

Qeydiyyat linki:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdPb1hO3bTx9mlwruGbft9vXMAqxpYpbvm0NuUw_tdz72hDOA/viewform

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 126
Lisey və gimnaziyala...
Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara hazırlaşan VI sinif şagirdlərinin nəzərinə!
27 May, 2025 - 01:01 180
Mərkəzi imtahanla qə...
XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası – Azərbaycan Komandası
26 May, 2025 - 15:18 99
XVIII Beynəlxalq Ast...