Çərşənbə axşamı, 26 Avqust, 2025

Elm və Təhsil Nazirliyinin tabe qurumunda Maliyyə üzrə mütəxəssis vakansiyası aktivdir


  • Dərc edildi: 4 Aprel, 2024 - 09:34
Elm və Təhsil Nazirliyinin tabe qurumunda Maliyyə üzrə mütəxəssis vakansiyası aktivdir

Elm və Təhsil Nazirliyinin tabe qurumunda Maliyyə üzrə mütəxəssis vakansiyası aktivdir.

Vəzifə öhdəlikləri

-  Direktiv orqanlarından daxil olmuş qərar, sərəncam və əmrləri vaxtında icra etmək;
-  İlkin uçot sənədlərinin və mühasibat registrlərini tərtib etmək;
-  Uçotun milli mühasibat uçotu standartlarına və dövlət büdcəsindən maliyyələşən təşkilatlar üçün bu standartlara uyğun müəyyənləşdirilmiş hesablar planına uyğun aparmaq;
-   Müvafiq maliyyə hesabatlarını hazırlamaq;
-   Daxil olan pul vəsaitlərinin, əsas vəsaitlərin uçotunu aparmaq;
-   Xərclər smetasını hazırlamaq və icra etmək;
-   Təsərrüfat, maliyyə fəaliyyəti üzrə bütün əməliyyatların uçotunu aparmaq və bu əməliyyatların uçotunun nəticələrini mövcud qaydada maliyyə və mühasibat hesabatlarında əks etdirmək;
-   Hesablaşmaları və ödəniş öhdəliklərini aparmaq, əmək haqqı fondunun sərf olunmasına, vəzifə maaşlarının təyin edilməsinə, pul vəsaitlərinin, mal-material qiymətlərinin və əsas fondların inventarizasiyasının, mühasibat uçotu və hesabatının təşkilini təmin etmək.


Xüsusi tələblər
-   Ali təhsil : Maliyyə, Mühasibatlıq, Komputer elmləri, İqtisadiyyat (Magistr təhsili üstünlükdür);
-   Maliyyə sahəsində ən az 3 il təcrübə;
-   Ofis proqramları üzrə yüksək bacarıqlar;
-   Data analizi alətlərindən (RStudio, Tableau, Power BI, Python) istifadə; 
-   Analitik və riyazi düşünmə qabiliyyəti.


Müraciət üçün: [email protected] (Mövzu hissəsində müraciət olunan vakansiyanın adının qeyd olunması mütləqdir)
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Qeyd: Vakansiya dövlət qulluğu olmayan vəzifələr üçün nəzərdə tutulmuşdur.

Son müraciət tarixi: 10.04.2024

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 590
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 114
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7444
Sumqayıt Dövlət Univ...