Çərşənbə, 2 İyul, 2025

İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib


  • Dərc edildi: 11 Sentyabr, 2023 - 19:35
İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu keçirilib

“İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu”

9 sentyabr 2023-cü il saat 14:00-da Heydər Əliyev Sarayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), Çinar Yayımları və Təhsil nəşriyyatının təşkilatçılığı ilə “İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu” keçirilib.

Yeni tədris ilində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil Millətin Gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaq idi.

Forumda rəsmi qonaqlar Qənirə Paşayeva, Cəbi Quliyev, Rüfət Əzizov və ölkəmizin müxtəlif bölgələrini təmsil edən 1870-ə yaxın ibtidai sinif müəllimi iştirak ediblər.

Giriş nitqi ilə çıxış edən "Çinar yayımları" nəşriyyatıının təsisçisi Bəhram Oruclu ibtidai təhsilin təhsil sistemində rolu və forumun müəllimlərə verəcəyi töhfələr barəsində məlumat verdikdən sonra Çinar Yayımları və AGMA haqqında təqdimat edib. Daha sonra dəyərli spikerlərimiz müəllimlərin inkişafına dəstək olmaq, onları maarifləndirmək üçün maraqlı mövzularla çıxış ediblər.

Spikerlərimizin çıxışları ibtidai sinif müəllimlərinə peşələrinə müxtəlif istiqamətlərdən yanaşmasına və yeni, faydalı məlumatlar almasına kömək etmişdir.

Bu forum vasitəsi ilə müəllimlər təhsil sahəsində daha böyük nailiyyətlərə nail olmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün bir araya gəldilər. Müəllimlərin təcrübələrini bölüşməsi və əməkdaşlıq etməsi təhsil sahəsində inkişaf üçün böyük bir yararlılıq daşıyır. Bu forumda iştirak edən bütün müəllimlərə uğurlar və təhsil sahəsində daha böyük nailiyyətlər diləyirik!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Xaricdə təhsil alan və Azərbaycanın ali təhsil müəssisələrindən birinə köçürülmək istəyən tələbələrin nəzərinə
01 İyul, 2025 - 09:23 96
Xaricdə təhsil alan ...
“Texnologiyanın tətbiqilə riyaziyyatın əyləncəli və səmərəli şəkildə öyrənilməsi” layihəsinin bağlanış mərasimi keçirilib
22 İyun, 2025 - 13:01 45
“Texnologiyanın tətb...
Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 227
Məktəbəhazırlıq qrup...