Şənbə, 2 Avqust, 2025

"İR Menecer" vakansiyası


  • Dərc edildi: 3 Oktyabr, 2022 - 11:06
"İR Menecer" vakansiyası

"Saloğlu" Fərdi Firmasının İnsan Resursları şöbəsinə təcrübəli və idarəetməni bacaran "İR Menecer" axtarırıq!

İş barədə məlumat:
- 6 günlük iş qrafiki;
- İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin etmək;
- İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
- Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək;
- E-Gov hökümət portalı ilə bağlı əməliyyatların vaxtında yerinə yetirilməsini təmin etmək;
- Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi);
- Müsahibələrin keçirilməsi;
- Müsahibə nəticələrinin müəyyən edilməsi;
- Yeni işçilərin adaptasiyası sistemində iştirak etmək;
- Rəhbərlik tərəfindən göstərilən tapşırıqlar;

Namizədə tələblər:
- Ali təhsil;
- Yaş həddi: 28-40;
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- AR Əmək Qanunvericiliyi üzrə biliklər və Elektron Hökumət portalından sərbəst istifadə qabiliyyəti;
- Elektron sistemə kadr hərəkətinə müvafiq olaraq bildirişlərin daxil edilməsi;
- Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi və müvafiq sənədləşmənin təşkil edilməsi;
- Əmək haqqı kartlarının sifariş olunması;
- Əmək kitabçalarında müvafiq qeydlərin aparılması;
- Məzuniyyətlərin rəsmiləşdirilməsi;
- Şəxsi işlərin qaydasında olmasına və lazımı sənədlərin müntəzəm yenilənməsinə nəzarət edilməsi;
- Kadr kargüzarlığına dair sair sənədləşmələrin aparılmasının təmin edilməsi;
- İnsan Resurslarının idarə edilməsi və digər icra edilən işlər ilə əlaqədar rəhbərliyə hesabatların verilməsi;
- Dəqiq və məsuliyyətli çalışma bacarığı.

İş şəraiti:
- İş günləri: bazar ertəsi - şənbə
- Əmək haqqı 800-1200 AZN (müsahibə zamanı təyin olunacaq)
- Şirkət mobil telefonla təmin edir və rabitə xərclərini aylıq ödəyir;
- Nahar şirkət hesabına verilir.

CV-nizi 15 oktyabr 2022-ci il tarixinədək, mövzu hissəsində “İR menecer” qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5288
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 842
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 298
“İnnovativ məktəb” l...