Çərşənbə axşamı, 26 Avqust, 2025

“Qızların Rəqəmsal Savadlılığının Artırılması” layihəsi həyata keçiriləcək


  • Dərc edildi: 31 Dekabr, 2022 - 11:27
“Qızların Rəqəmsal Savadlılığının Artırılması” layihəsi həyata keçiriləcək

Hədəfimiz gənc qızların rəqəmsal bacarıqlarının artırılmasıdır!

Göstəricilərə əsasən regionlarda gənc qızların rəqəmsal savadlılığı qənaətbəxş olmadığı üçün karyera imkanları məhduddur.

Biz isə bu məhdudiyyətləri aradan qaldıracağıq.

Azərbaycan Respublikasının Gənclər Fondunun, Unicef Azerbaijan nümayəndəliyinin dəstəyi, Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin təşkilatçılığı və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə 28 dekabr 2022- 31 aprel 2023 tarixlərində “Qızların Rəqəmsal Savadlılığının Artırılması” layihəsi həyata keçiriləcəkdir. Layihənin əsas məqsədi regionlarda yaşayan yeniyetmə və gənc qızların karyeraya hazırlığını, məşğulluq imkanlarını dəstəkləmək və artırmaq üçün onlara zəruri rəqəmsal bacarıqlar aşılamaqdır.

Ehtiyaclar nəzərə alınaraq, Azərbaycanın 10 (Ağcabədi, Ağsu, Goranboy, Qəbələ, Quba, Masallı, Mingəçevir, Neftçala, Şəmkir, Tərtər) rayonunda 100 qızın rəqəmsal bacarıqlarının inkişafına dəstək verəcəyik.

Layihə müddəti bizə öz dəstəyini göstərmək üçün hər regiondan bir nəfər gənc təlimçi seçiləcək və 4 gecə 5 gün Bakıda təlim sessiyalarında iştirak edəcək. Həmin gənc təlimçilər təmsil etdikləri rayonlarda layihə müddəti 10 gənc xanıma təlim keçəcək.

Qeydiyyat linki: https://linktr.ee/gmd.yes

 Son qeydiyyat tarixi: 07.01.2023

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 619
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 120
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7462
Sumqayıt Dövlət Univ...