“Vətəndaş cəmiyyəti üçün hekayə danışma” adlı onlayn kurs

Aİ tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramı “Vətəndaş cəmiyyəti üçün hekayə danışma” adlı onlayn kursa start verib.

Sözügedən kurs Şərq Tərəfdaşlığı ölkələrindən (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) vətəndaş cəmiyyəti təşkilatlarında çalışan vətəndaş cəmiyyəti liderləri/layihə rəhbərləri/ictimaiyyətlə əlaqələr üzrə işçilər, həmçinin fəallar və könüllülər, sosial startap liderləri və sosial sahibkarlar üçün nəzərdə tutulub. Onlar öz hekayələrini hazırlamağı və daha geniş auditoriya üçün cəlbedici şəkildə danışmağı öyrənəcəklər.

Kurs təxminən altı həftə davam edəcək (2023-cü ilin fevral/mart aylarında) və canlı seminarlar, video dərslər və fərdi ev tapşırıqlarından ibarət olacaq. “Cities of Learning” platformasına daxil olaraq iştirakçılar kursda iştirak edə biləcəklər. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılara sertifikatlar və adı çəkilən platformadan güzəştlər təqdim olunacaq. 

İngilis dilində keçiriləcək kurs 12 video, seminarlar və çalışmalardan ibarətdir.

Müraciət üçün son tarix yanvarın 20-dir.

Layihə Belarusdakı vətəndaş cəmiyyəti təşkilatlarının faydalanması üçün icma və təşkilatlar üçün proqramlar həyata keçirən qeyri-kommersiya təşkilatı olan OEEC ilə əməkdaşlıq çərçivəsində icra olunur.

 

Müraciət et


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az