Bazar, 3 Avqust, 2025

Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis  vakansiyası


  • Dərc edildi: 10 Avqust, 2023 - 20:47
Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis  vakansiyası

“Bank Respublika” ASCProblemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis vakansiyasını elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Təhkim edildiyi filialların problemli kreditlər üzrə müştərilərilə işi təşkil etmək;
  • Problemli kreditlər üzrə müştərilər və onların ailə üzvləri ilə görüşləri təşkil etmək;
  • Məhkəməyə qədər borcu qaytarmayan müştərilərin  faktiki yaşayış ünvanlarını müəyyən etmək;
  • Problemli kreditlər üzrə müştərilərlə aparılan işlər üzrə müvafiq hesabat cədvəlində qeydlər aparmaq.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil;
  • Problemli kreditlər üzrə müştərilərlə iş üzrə minimum 1 il təcrübə;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Məsuliyyətlilik, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində Problemli istehlak kreditləri ilə iş üzrə mütəxəssis qeyd edərək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5486
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 921
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 325
“İnnovativ məktəb” l...