reklam

Kredit Yoxlanışı üzrə İşçi(Agsu filialı üzrə) vakansiyası

Ağsu,Şamaxı və Kürdəmir ərazisində yaşayanların nəzərinə. FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Ağsu filialı üçün KREDİT YOXLANIŞI üzrə İŞÇİ vəzifəsinə işçi axtarışı elan edir.

 

Son müraciət tarixi: 10.03.2023

 

Rol haqqında

Kredit Yoxlanışı üzrə İşçi, birbaşa rəhbərinin dəstəyi və  nəzarətilə müştəri biznes və yaşayış ünvanına səfər edərək, təsdiq üçün təqdim olunan kreditlər və digər əlaqəli sənədlərdə qeyd edilmiş məlumatların kreditvermədən öncə yoxlanışı  üçün cavabdehdir.  

 

Vəzifənin əsas öhdəlikləri hansılardır?

  • Kreditin verilməsinin məqsədəuyğunluğunu müəyyən etmək məqsədilə  kredit üçün müraciət edən müştərinin biznes, təsərrüfat, maliyyə və kredit vəziyyətini yoxlamaq və Kredit təsdiq qrupunu aidiyyatı üzrə məlumatlandırmaq;
  • Ev və biznes ünvanlarını və digər məlumatları yoxlamaqla borcalanın və zaminin, həmçinin onların bizneslərinin/təsərrüfatlarının həqiqətən də mövcud olduğundan  əmin olmaq;
  • Kredit veriləcəyi halda müştərinin krediti təyinatı üzrə istifadəetmə imkan və ehtimallarının uyğunluğunu yoxlamaq;
  • Yoxlanışlar zamanı hər hansı ciddi uyğunsuzluq aşkar etdikdə, birbaşa rəhbərini dərhal məlumatlandırmaq;

 

Tələblər

Namizəddən gözləntilərimiz

  • Ali təhsil və ya Orta ixtisas (kollec) təhsili
  • İş Təcrübəsi: Bank olmayan kredit təşkilatları və ya Bank sahəsində ən azı 6 aylıq iş təcrübəsi; o cümlədən, kreditlərə nəzarət, biznes və təsərrüfat kreditlərinin verilməsi sahələrində təcrübə arzuolunandır;
  • MS Office proqramlarından (MS Word, MS Excel, MS Outlook) sərbəst şəkildə istifadə etmək bacarığı;
  • Yüksək ünsiyyət qurma və məlumat əldə etmək bacarıqları;
  • Komanda ilə işləmək və detallara diqqət etmək bacarığı;
  • Müşahidəçilik və fikirlərini ümumiləşdirmə, analiz və qərarvermə bacarıqları;

 

Dil Bilikləri:

  • Səlis Azərbaycan dili bilikləri, müşahidələrini və fikirlərini şifahi və yazılı olaraq dəqiq və aydın ifadə etmək bacarıqları;

 

Xüsusi Texniki tələblər

 

  • Şəxsi avtomobilin və sürücülük vəsiqəsinin olması; 

Sosial imtiyazlar

İş Qrafiki: Bazar Ertəsi – Cümə günləri, saat 09:00 - 18:00. Şənbə, Bazar günləri, dövlət bayramları və milli hüzn günləri qeyri-iş günləridir.Əmək Müqaviləsi və qanunvericilikdə nəzərdə tutulan vəzifə üzrə əsas məzuniyyət günlərinə əlavə şirkət tərəfindən təqdim olunan əlavə 2 məzuniyyət günü haqqıYanacaq və Amortizasiya xərcləriPeşəkar İnkişaf imkanları – təlimlərdə iştirak, sertifikasiyalarPeşəkar beynəlxalq iş mühitiTibbi sığorta


BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:

FACEBOOK: Edumap.az

Gənclərin Xəritəsi

TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.

İNSTAGRAM:@edumap.az

Tik-tok:edumap.az