Şənbə, 23 Avqust, 2025

"Bir əsrin iqtisadi nəticələri" mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçiriləcək


  • Dərc edildi: 14 Fevral, 2023 - 11:13
"Bir əsrin iqtisadi nəticələri" mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçiriləcək

Hörmətli tədqiqatçılar, 

Böyük məmnuniyyət hissi ilə qeyd etmək istərdik ki, 22-25 iyun 2023-cü il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Bir əsrin iqtisadi nəticələri" mövzusunda V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı (ISCEMR-2023) keçiriləcək.
Konfransın elm komitəsi tərəfindən müsbət dəyərləndirilən məqalələr dünyanın 30-a yaxın elmi bazasında indekslənəcək.
Konfransda iştirak üçün elmi məqalələrin son göndərilmə tarixi 21 aprel 2023-cü ildir.
Hər birinizi elmi zənginliklərlə dolu konfransda görməkdən duyacağımız məmnunluq hissini öncədən bildirir və uğurlar arzulayırıq.
Ətraflı məlumatı konfransın www.conferences.az saytından əldə edə bilərsiniz.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 408
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 83
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7290
Sumqayıt Dövlət Univ...