Bazar, 24 Avqust, 2025

"Xocalı Soyqırımını Unutmadıq" adlı rəsm müsabiqəsi


  • Dərc edildi: 13 Fevral, 2023 - 22:38
"Xocalı Soyqırımını Unutmadıq" adlı rəsm müsabiqəsi

Salam əziz dostlar!

Xocalı Soyqırımının 31-ci ildönümü münasibətilə "Qeyd - Sosial Maarifləndirmə" İctimai Birliyi "Xocalı Soyqırımını Unutmadıq" adlı rəsm müsabiqəsi elan edib.

Müsabiqədə iştirak etmək istəyənlər əsərlərini Fevral 20-dək aşağıda qeyd olunmuş nömrəyə şəkil formatında göndərə bilərlər. Seçilənlər ilə əlaqə saxlanılacaq.

Müsabiqəyə təqdim olunan əsərlər yüksək bədii tələblərə cavab verməli, incəsənət əsərləri vasitəsi ilə Xocalı faciəsi və digər soyqırımı hadisələri zamanı törədilmiş soyqırımı faktlarını, zaman-zaman xalqımızın başına gətirilən faciələri, genosid faktlarını əks etdirməli və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət etməlidir.

Müsabiqəyə rəngkarlıq, qrafika, heykəltəraşlıq, dekorativ-tətbiqi sənət janrında olan əsərlər qəbul olunacaq.

Qeyd edək ki, seçilmiş əsərlər Xocalı Soyqırımı ilə bağlı tədbirlərdə nümayiş olunacaq.

 Şəkilləri +995 513351191 nömrəsinə göndərə bilərsiniz

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 417
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 84
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 7296
Sumqayıt Dövlət Univ...