2024–2025-ci tədris ili üzrə HTP çərçivəsində Macarıstanda təhsil imkanı
Macarıstanda 2024–2025-ci tədris ili üçün Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində təhsillə bağlı sənəd qəbulu başlayıb.
Təqaüd proqramı Elm və Təhsil Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında 6 yanvar 2021-ci il tarixində imzalanmış 2021–2023-cü illər üçün “Stipendium Hungaricum” proqramı çərçivəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən həyata keçirilir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda bakalavriat, magistratura və doktorantura səviyyələrində təqaüd hesabına təhsil almaq imkanı yaradır. Təqaüd proqramına sənəd qəbulu hər iki tərəfin elektron ərizə sistemində 15 yanvar 2024-cü il saat 23:59-a kimi aparılacaq.
Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin (Tempus Public Foundation) yekun qərarının 2024-cü ilin iyun – iyul ayları ərzində təqdim olunması gözlənilir.
Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
TELEGRAM:Edumap.az – Vakansiyalar, Təcrübələr, Təqaüdlər Seminarlar, Təlimlər Müsabiqələr və s.
İNSTAGRAM:@edumap.az
Tik-tok:edumap.az
Heçbir Rəy Yoxdur